Avropanın müşahidəçi missiyası oktyabrın 25-də Ukraynada keçirilən yerli seçkilərin rəqabətli və yaxşı təşkil edildiyini bildirib.
Amma komissiya qeyd edib ki, bu sahədə islahatlar davam etdirilməlidir.
ATƏT-in müşahidəçi missiyasının oktyabrın 26-da yaydığı məlunata görə, Ukraynanın şərqindəki münaqişə 5 milyon adamın seçkidə iştirakını əngəlləyib.
Həmçinin Avropa Parlamenti nümayəndə heyətinin rəhbəri Andrey Plenkovic seçkilərin ümumilikdə beynəlxalq standartlara uyğun olduğunu bildirib.
Yekun nəticələrin oktyabrın 28-də bəlli olacağı gözlənilir.