Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 07:20
Azərbaycan seçkilər
Azərbaycan seçkilər

AzadliqLive - Seçkini online izləmək olar

Azərbaycanda və dünyada baş verən xəbərləri AzadliqLive-də izləyin

13:14 26.10.2015

Seçkiyə 465 xarici müşahidəçi akkreditisaiyadan keçib

«Hazırda Mərkəzi Seçki Komissiyasında 465 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Onlar 36 beynəlxalq qurumu təmsil edirlər». Bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov secki2015.az saytına açıqlamasında deyib.

13:40 26.10.2015

Eldar Mahmudovun yaxın qohumuna cinayət işi

Sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynov barəsində cinayət işi açılıb.

Bu barədə Trend məlumat yayıb.

14:02 26.10.2015

Ümid partiyasının sədr müavini Ramin Hacılı yoxa çıxıb

“Biz illərdir deyirdik ki, Azərbaycanda korrupsiya var, vergi sistemində, gömrükdə problemlər mövcuddur. Bundan da sahibkarlar, vətəndaşlar əziyyət çəkir. Biz bu sözləri deyəndə adımızı “müxalifətçi” qoydular. Prezident də eyni sözləri dedi, nəyə görə prezidentə “müxalifətçi” demirlər? Deməli, biz həqiqəti deyirmişik”.

Bu fikirlər Ramin Hacılının Milli Məclis seçkilərinə namizədliyini geri götürməsi ilə bağlı müraciətindəndir. Ramin Hacılı video müraciətini sentyabrın 25-da özünün facebook hesabında yayıb. Bir neçə saat sonra isə yoxa çıxıb.

14:59 26.10.2015

Oqtay Əsədov Qərb təzyiqlərinin səbəbindən danışır

“Azərbaycan Rusiya əleyhinə sanksiyalara qoşulmaqdan imtina etdiyi üçün Qərb ölkələrinin təzyiqlərinə məruz qalır".

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovrusiyalı jurnalistlərə açıqlamasında deyib. “Bizim prezidentimiz müstəqil siyasət yeritmək istəyir və bu, çoxlarının xoşuna gəlmir. Bizə olan təzyiqlərin əsl səbəbi budur”, - deyə o, söyləyib.

Davamı

XS
SM
MD
LG