Keçid linkləri

2026, 30 May, şənbə, Bakı vaxtı 23:28
Azərbaycan seçkilər
Azərbaycan seçkilər

AzadliqLive - Seçkini online izləmək olar

Azərbaycanda və dünyada baş verən xəbərləri AzadliqLive-də izləyin

16:23 26.10.2015

Ümid partiyası sədrinin itən müavini tapıldı

Ümid Partiyasının sədr müavini Ramin Hacılı tapılıb.

"Ramin Hacılı ölkəni tərk edib". Bunu AzadlıqRadiosuna onun həyat yoldaşı Aysel Əlizadə deyib. A.Əlizadə bildirib ki, bu gün Ramin ona zəng edib, hər şeyin qaydasında olduğunu və şəxsi problemləri ilə bağlı ölkədən çıxdıb:

"Ətraflı danışa bilmədik. Elə onu dedi ki, hər şey yaxışıdır və axtarışla bağlı müraciəti geri götürək".

- Hansısa təzyiqlərdən dolayı belə deyə bilərmi? Xəbərsiz çıxıb, getməsi o qədər də inandırıcı gelmir. Ən azı sizə xəbər edə bilərdi.

- Mən elə fikirləşmirəm. Nəsə özünün işləri ilə bağlıdır."

Qeyd edək ki, R. Hacılının ötən axşamdan itkin düşməsi barədə xəbərlər yayılıb. Partiyanın sədri İqbal Ağazadə də APA-ya açıqlamasında bildirmişdi ki, R. Hacılının telefonu dünən gün boyu söndürülmüş vəziyyətdə olub

16:25 26.10.2015

Polis rəisi niyə çıxarıldı?

Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) rəisi, polis mayoru Zaur Cəfərovun işdən çıxarılmasının səbəbi açıqlanıb. “Report”un xəbərinə görə, işdən çıxarılmaya səbəb Z.Cəfərovun ötən bir ilin yarısından çoxunu ölkədən kənarda olmasıdır.

Belə ki, polis mayoru bir ilin təxminən 190 gününü xarici ölkələrdə keçirib. O, xaricə gedərkən əksər hallarda rəhbərliyə məlumat verməyib. Bu səbəbdən də vəzifəsindən kənarlaşdırılıb.

Agentlik qeyd edir ki, Zaur Cəfərov Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin sabiq rəisi Arif Qaraşovun kürəkənidir.

20:52 26.10.2015

Bu günki AzadlıqLive-da:

Rusiya seçimi Azərbaycanı haralara apara bilər?

Azərbaycanın müxtəlif yerlərində Aşura necə keçdi?

Ramin Hacılı tapıldımı?

20:58 26.10.2015

Rusiya seçimi Azərbaycana nə verir? və ya hara apara bilər?

Azərbaycanın Qərblə Rusiya arasında seçimdə üstünlüyü Rusiyaya verməsinin hər gün yeni-yeni əlamətləri üzə çıxır. Bu gün gələn xəbərə görə, Milli Məclis sədri Oqtay Əsədov deyib ki, Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmadığına görə Qərbin təzyiqləri ilə üzləşib.“Bizim prezidentimiz müstəqil siyasət yeritmək istəyir və bu, çoxlarının xoşuna gəlmir. Bizə olan təzyiqlərin əsl səbəbi budur”.

Rusiyaya yaxınlaşmağın Azərbaycana təhlükəsizlik baxımından hansı xeyri və ya ziyanı var? Bu suala cavabda təhlükəsizlik eksperti İlham İsmayıl, əvvəla, onu deyir ki, Azərbaycanın müstəqil siyasət yeritməsini istəməyən ilk növbədə məhz Rusiyadır.

Ekspertin fikrincə, dünyada təklənən, iqtisadiyyatı çökən Rusiya ona qoşulan ölkələri də özü ilə uçuruma apara bilər.

Gözlə

No media source currently available

0:00 0:06:33 0:00
Direct-ə keçid

Davamı

XS
SM
MD
LG