Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:00

465 xarici müşahidəçi akkreditasiyadan keçib


Məzahir Pənahov.
Məzahir Pənahov.

-

«Hazırda Mərkəzi Seçki Komissiyasında 465 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Onlar 36 beynəlxalq qurumu təmsil edirlər». Bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov secki2015.az saytına açıqlamasında deyib.

MSK sədri bildirib ki, seçkiləri ümumilikdə 53 ölkəni təmsil edən müşahidəçilər izləyəcək: «Bunlar Avropa Şurası Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi, Türkdilli Ölkələrin Parlament Assambleyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasından gələcək müşahidəçilərdir. Eyni zamanda bura Avstraliya, İtaliya, Bolqarıstan, Litva, Latviya parlamentləri, Böyük Britaniya Lordlar Palatası, Amerika siyasi monitorinq mərkəzi və digər mötəbər qurumlardan olan nümayəndə heyətləri daxildirlər».

Ancaq yada salaq ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və Avropa Parlamenti Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidəçi göndərməmək qərarını veriblər.

Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək.

XS
SM
MD
LG