Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:42

İran raketləri: 500 metr dərinlikdə- [Video]


Iran tuneldəki raketləri nümayiş etdirib
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00

Bir neçə yüz metr uzunluğu, 10 metr hündürlüyü olan tunel raketlər və ağır texnikayla doludur.

►İranın dövlət televiziyası ilk dəfə olaraq yeraltı tuneldə yerləşən raketlərini, buraxıcı qurğuları nümayiş etdirib.

Rəsmilər həmin silahların “düşmən səhv edərsə” istifadə oluna biləcəyini deyib.

Görüntülər oktyabrın 14-də yayılıb. Bir neçə gün öncə isə İran uzaqmənzilli raketi sınaqdan keçirib.

Birləşmiş Ştatlar bunun BMT sanksiyalarının pozulması adlandırıb.

İran rəsmiləri deyirlər ki, nüvə razılaşması hərbi qüvvələrinə, özəlliklə ballistik raket proqramına təsir göstərməyəcək.

Buna da bax: Avropa Məhkəməsi: "Erməni soyqırımı" iddiasını danmaq cinayət deyil

Son görüntülərdən öncə iranlı deputatlar tələb edirdilər ki, nüvə sazişinin ordunu zəiflətmədiyi sübuta yetirilsin.

Bir neçə yüz metr uzunluğu və 10 metr hündürlüyü olan tunel raketlər və ağır texnikayla doludur. General Amir Ali Hajizadeh deyib ki, ölkədə 500 metr dərinlikdə yerləşən, saysız belə tunellər var. Onun sözlərinə görə, raketlər hazır vəziyyətdədi və ali baş komandan Ayatollah Ali Khamenei-nin əmrinə müntəzirdir.

XS
SM
MD
LG