Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:11

Avropa Məhkəməsi: "Erməni soyqırımı" iddiasını danmaq cinayət deyil


Avropa Məhkəməsi: "Erməni soyqırımı" iddiasını danmaq cinayət deyil
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

Avropa Məhkəməsi: "Erməni soyqırımı" iddiasını danmaq cinayət deyil

►Avropa İnsan Haqları Məhkəməsi 1915-ci ildə Türkiyədə baş vermiş hadisəni "erməni soyqırım" kimi tanımaqdan imtina etməyin cinayət olmadığını təsdiqləyib.

Bununla bağlı Türkiyə vətəndaşı Doğu Perinçek-i haqlı çıxarıb.

Qərarı 17 hakimlik heyət verib və İsveçrə dövlətinin şikayətini rədd edib.

(Amma onu da qeyd edək ki, Avropa Məhkəməsi bu işdə 1915-ci ildə baş verən hadisələrin soyqırım olub-olmadığını araşdırmayıb)

TARİXÇƏ

Bu işin tarixi 2005-ci ilə qədər gedib çıxır. 2005-ci ildə Türkiyə İşçi Partiyasının lideri Doğu Perincek İsveçrədə mitinqdəki çıxışında Birinci Dünya müharibəsi vaxtı ermənilərin soyqırımı iddialarını «beynəlxalq yalan» adlandırıb. "Ermənilərin soyqırımı"nın inkarı İsveçrədə cinayət sayılır.

Osmanlı İmperiyasında "ermənilərin soyqırımı"nı inkar etdiyinə görə, 2007-ci ildə İsveçrədə Türkiyə vətəndaşının məhkəmə başlanmışdı. Perincəyə 3 aylıq cəzası və 3000 frank cərimə kəsilib. (Ardı aşağıda)

Dogu Perincek, Avropa Məhkəməsində, 15 oktyabr, Strasbourg, Fransa
Dogu Perincek, Avropa Məhkəməsində, 15 oktyabr, Strasbourg, Fransa

Doğu Perincek Avropa Məhkəməsində iddia qaldırmışdı ki, İsveçrədə “erməni soyqırımı”nı açıq şəkildə təkzib etməyin qadağan olunması ifadə azadlığının pozulması kimi tanınsın.

2013-cü ildə məhkəmə bu iddianı təmin etmişdi.

Avropa Məhkəməsi indi həmin qərardan olan şikayətə baxır.

Buna da bax: Şəmkirçaya həsrət qalan Şəmkir kəndləri...

İsveçrə qərardan şikayət verib. Bu məhkəmənin qərarı «soyqırım» inkarını yasaqlamağa çalışan digər Avropa ölkələrinə, məsələn Fransaya da təsiri olacaq.

Türkiyə ermənilərin iddialarını qəbul etmir. Ermənilər 1915-1923-cü illərdə Osmanlı İmperiyası dövründə soyqırım və deportasiya ilə üzləşdiklərini deyirlər.

Avropa Məhkəməsində "Perincek İsveçrəyə qarşı" işi, dinləmələr, 15 oktyabr
Avropa Məhkəməsində "Perincek İsveçrəyə qarşı" işi, dinləmələr, 15 oktyabr

XS
SM
MD
LG