Keçid linkləri

2017, 22 May, Bazar ertəsi, Bakı vaxtı 23:42

Türkiyənin baş naziri Ahmet Davutoglu Suriyadakı kürd döyüşçülərinə silah verilməsinin mümkünlüyü ilə bağlı məlumatlara görə oktyabrın 14-də ABŞ səfirliyinə narazılığını bildirib.

Davutoglu hesab edir ki, bu silahlar PKK-nən əlinə keçə bilər və bundan Türkiyəyə qarşı istifadə oluna bilər.

Yerli kürd rəsmilərinin sözlərinə görə, ABŞ Suriyada İslam Dövləti qrupu ilə vuruşan kerd döyüşçülərə 120 ton silah və sursat verib.

Amma ABŞ rəsmiləri son həftələrdə Suriya kürdlərinə silah verilmədiyini deyirlər.

Davutoglu bildirib ki, Ankara Türkiyəyə qarşı müharibə elan edən terrorçu təşkilatlarla istənilən formada əməkdaşlığın əleyhinədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG