Yumurta 8 qəpikdən 13 qəpiyə qalxıb
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov deyir ki, tələbat təklifi üstələdiyi üçün payız-qış aylarında yumurtanın qiymətində artım müşahidə olunur.
Ekseprtin sözlərinə görə, ölkə tələbatı təxminən 2 milyard 600 milyin ədəddir: “Yerli istehsal tələbatın 50 faizini belə ödəmir. Ölkədə təxminən 1 milyard 300 milyon yumurta istehsal olunur”.
Hər 1000 kişiyə 1009 qadın düşür
APA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, Azərbaycanda əhalinin 53,1 faizi şəhər, 46,9 faizi isə kənd sakinləridir.
Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1009 qadın düşür.
Bu ilin yanvar-avqust ayları ərzində ölkədə 109 min körpə doğulub və körpələrin 53,2 faizini oğlan, 46,8 faizini qız uşaqları təşkil edir.
Avropa Məhkəməsi "erməni soyqırımı" adlandırılan hadisənin inkarı işinə baxır
Avropa İnsan Hüquqları Məhkəməsi "ermənilərin soyqırımı" adlandırılan hadisənin inkarı ilə bağlı işə baxmağa başlayıb.
Ermənistanın maraqlarını tanınmış vəkil Amal Clooney təmsil edir.
Bu işin tarixi 2005-ci ilə qədər gedib çıxır. 2005-ci ildə Türkiyə İşçi Partiyasının lideri Doğu Perincekİsveçrədə mitinqdəki çıxışında Birinci Dünya müharibəsi vaxtı ermənilərin soyqırımı iddialarını «beynəlxalq yalan» adlandırıb. "Ermənilərin soyqırımı"nın inkarı İsveçrədə cinayət sayılır
Perincek İsveçrəyə qarşı məhkəməni uddu
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) “Doqu Perincek İsveçrəyə qarşı” işi üzrə qərarını açıqlayıb. İclasda “Doqu Perincek İsveçrəyə qarşı” işi üzrə AİHM-in 17 dekabr 2013-cü il tarixli qərarından İsveçrə hökumətinin apelyasiya şikayətinə dair qəti qərarı oxunub.
Qərara əsasən, Avropa Məhkəməsi Türkiyədə 1915-ci hadisələrini “soyqırım” deyil, “qətliam” olaraq göstərən Vətən partiyası lideri Doğu Perincekə cəza verən İsveçrənin haqsız olduğu təsdiqləyir. Qərarda deyilir ki, İsveçrə Perincekin ifadə azadlığı haqqını pozub.