Avropa İnsan Haqları Məhkəməsinin tarixi qərarı
AİHM-in Böyük Palatası İsveçrənin apelyasiya şikayətini rədd edib və əvvəlki qərarı dəyişməz saxlayıb. Həmin əvvəlki qərarda deyilirdi ki, hüquqi müstəvidə təsdiq edilmiş Holokost faktından fərqli olaraq “erməni soyqırımı” tarixi fakt deyil, rəydir (özü də əsla ümumi və əsla yeganə rəy deyil), akademik dairələrdə bu məsələ barəsində konsensus əldə edilməyib və çətin ki, əldə ediləcək, əks fikir söyləməyə görə hər hansı cinayət təqibi isə Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin pozulması deməkdir.
Petro Poroshenko döyüş təyyarəsini sınaqdan keçirir
Ukrayna prezidenti Petro Poroshenko modernləşdirilmiş Su-27 təyyarəsinin sınaq uçuşlarında pilot kimi iştirak edib. Ukrayna prezidentinin saytında yayılan xəbərdə deyilir ki, sınaq uçuşları oktyabrın 14-də keçirilib.
Petro Poroshenkonun Su-27 təyyarəsinin sınaqları zamanı çəkilən video:
Iran ilk dəfə tuneldəki raketlərini göstərib
Xədicə İsmayılın məhkəməsində
Vəkil Fəxrəddin Mehdiyev deyir ki, müdafiə tərəfi Oktyabrın 15-də keçirilən prosesdə bir neçə vəsatət qaldırıblar.
1-ci vəsatət Xədicə İsmayılın ünsiyyət və müdafiə hüququnu daha yaxşı təmin etmək üçün onun şüşə qəfəsdən çıxarılıb vəkillərin yanında oturması ilə bağlı idi. İkinci vəsatət həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi, 3-cü vəsatət isə məhkəmənin istintaq və yaxud qismən istintaqla aparılması ilə bağlı idi. Amma hakim İlqar Murtuzov bu vəsatətlərin heç birini təmin eləmədi”.