Keçid linkləri

2026, 31 May, bazar, Bakı vaxtı 01:11
Ankara arxiv fotosu
Ankara arxiv fotosu

AzadlıqLive - Terrorda şübhəli bilinən qadın Azərbaycan vətəndaşıdır

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyə bilərsiz

17:06 12.10.2015

İlham Əliyev: "Yoxlamalar, lisenziyalar azaldılmalıdır"

İlham Əliyev oktyabrın 12-də 9 ayın yekunlarına həsr olunan hökümət iclasında ölkədə maliyyə intizamının gücləndirilməsinin, izafi xərclərə yol verilməməsinin vacibliyini vurğulayıb və bildirib ki, prioritet təşkil etməyən layihələrə vəsaitin ayrılması dayandırılmalı, büdcə xərclərinin strukturuna yenidən baxılmalı və büdcə vəsaiti qənaətlə işlədilməlidir. Bundan əlavə, sahibkarlar vergiləri vaxtında ödəməli, onların qarşısında əsassız ödəmələrlə bağlı tələb qoyulmamalıdır. Korrupsiya ilə mübarizə hallarının daha da gücləndirilməsinin, bu sahədə sistem xarakterli islahatların davam etidirilməsinin, “ASAN xidmət”in fəaliyyətinin genişləndirilməsinin zəruri olduğunu deyən prezident İlham Əliyev korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə ictimai nəzarətin də gücləndirilməsinin əhəmiyyətindən danışdı. Dövlət başçısı deyib ki, ölkədə dayanıqlı inkişafın təmin olunması üçün bundan sonra da sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılmalı, xarici sərmayələr daha çox qeyri-neft sektoruna cəlb olunmalı, biznes mühiti yaxşılaşdırılmalı, yoxlamaların tənzimləmə mexanizmləri hazırlanmalı, yoxlamaların və lisenziyaların sayı kəskin şəkildə aşağı salınmalıdır.

16:59 12.10.2015

İlham Əliyev: 9 ayda 87 min iş yeri yaradılıb

İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Azərtac xəbər verir ki, prezident İlham Əliyev bu il dünyada davam edən böhrana, neftin qiymətinin kəskin düşməsinə, Azərbaycana qarşı əsassız təzyiqlərə və bəzi hallarda təxribatlara baxmayaraq, ötən 9 ayda Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini bildirib. Bu dövrdə iqtisadiyyat 3,7 faiz, sənaye istehsalı 2,1, qeyri-neft sənayesi 10 faizdən çox, kənd təsərrüfatı istehsalı 6,7 faiz artıb. İlin 9 ayında inflyasiya 3,7 faiz təşkil edib, əhalinin pul gəlirləri 5,8 faiz artıb, ölkə iqtisadiyyatına bütün mənbələrdən 16 milyard dollar sərmayə qoyulub.

Dövlət başçısı sosial sahədə icra olunan layihələrdən danışarkən qeyd edib ki, ötən dövrdə ölkədə 34 məktəb, 26 uşaq bağçası, 11 tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı xeyli iş görüldüyünü deyən İlham Əliyev xüsusilə ünvanlı sosial yardımın verilməsində şəffaflığın təmin edildiyini vurğuladı və bildirdi ki, indi 500 min insan, yəni 114 min ailə ünvanlı sosial yardım alır. Yeni iş yerlərinin yaradılması istiqamətində dövlət siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində 9 ayda ölkədə 87 min yeni iş yerinin açıldığını, bunun da 67 mininin daimi olduğunu deyən İlham Əliyev qazanılan uğurları ölkəmizin müstəqil siyasət aparması və Azərbaycanda sabitliyin və təhlükəsizliyin təmin olunması, vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi ilə əlaqələndirib.

16:32 12.10.2015

Aynar Məmmədov buraxıldı

“Qafqazinfo”nun məlumatına görə,“Bandotdel”in keçirdiyi əməliyyatla saxlanılan Aynar Məmmədov bir neçə saat əvvəl məhkəmə qarşısına çıxarılıb. Nərimanov rayon məhkəməsində saxlanılan şəxslərlə bağlı İnzibati Xətalar Məcəlləsinin 199-3-cü maddəsi ilə inzibati protokol tərtib edilib. Bu maddə ilə təqsirləndirilən şəxslər 1500 manatdan 2000 manatadək cərimə olunur.

Nərimanov rayon məhkəməsindən bildirilib ki, saxlanılan və sanskiya ilə məhkəmə gətirilən şəxslər cərimələndikdən sonra sərbəst buraxılıb.

Dünən gecə saatlarında Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən “Nar” kafedə keçirilən əməliyyatda Ziya Məmmədovun qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədov və yaxın dostları saxlanılıb.

16:23 12.10.2015

"Bizdə hakim və ya prokuror var ki? Hamısı eyni şeydi..."

Leyla Yunus apelyasiya məhkəməsində bildirib ki, işə kimin baxmasının heç bir fərqi yoxdur: "Bizdə məgər hakim və ya prokuror var ki? Hamısı eyni şeydi..."

Oktyabrın 12-də Bakı Apellyasiya Məhkəməsində hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun vəkillərinin şikayəti üzrə ilkin baxış iclası keçirildi.

"Oktyabrın 7-dən təcridxanada mənim telefon danışıqlarıma və yaxınlarımla görüşlərimə qadağa qoyulub", - deyə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus məhkəmə zalına gətirilərkən prosesi izləyənlərə məlumat verdi.

Davamı

XS
SM
MD
LG