Keçid linkləri

2026, 31 May, bazar, Bakı vaxtı 02:09
Ankara arxiv fotosu
Ankara arxiv fotosu

AzadlıqLive - Terrorda şübhəli bilinən qadın Azərbaycan vətəndaşıdır

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyə bilərsiz

15:36 12.10.2015

Müsavat seçki pozuntuları barədə aralıq hesabatını yayıb

Müsavat Partiyası parlament seçkiləri ilə bağlı aralıq hesabatnda bildirir ki, hələ imza toplanması zamanı bir sıra qanunsuzluqla üzləşiblər. Hesabatda deyilir ki, Müsavat Partiyasının namizədlərinə imza verən seçicilər də müxtəlif təzyiqlərlə üzləşiblər. Belə halların mövcud olduğu 13 dairə barədə Mərkəzi Seçki Komissiyasına şikayət edilib.

14:39 12.10.2015

Əkrəm Həsənov: Hakim Nikoil bankdan 50 min kredit götürüb, necə obyektiv ola bilər?

Oktyabrın 12-də Yasamal rayon məhkəməsində “Nikoil Bank”ın hüquqşünas, iqtisadçı Əkrəm Həsənova qarşı iddiası üzrə məhkəmə prosesi başlayıb.
Bank Əkrəm Həsənovdan və Aznews.az portalından 35000 manat tələb edir.

Bank iddia edir ki, Əkrəm Həsənov avqustun 24-də Facebookda “Əmanətimi hansı banka qoyum?” adlı paylaşımında işgüzar nüfuzunu ləkələyərək, ona zərər vurub. “Nikoil Bank” iddia edir ki, yazı nəticəsində əmanətçilər əmanətlərini çıxarmağa başlayıb. Əmanətlərin çıxarılması indi də davam edir.

Bu günkü prosesdə Əkrəm Həsənov bildirib ki, prosesə sədrlik edən hakim Zəfər Quliyev “Nikoil Bank”dan 50 min manat məbləğində ipoteka kredutu götürüb, buna görə də işi obyektiv apara bilməz. Hakim isə deyib ki, bu onun qərəzli olacağına əsas vermir. Bankın nümayəndəsi də bildirib ki, bankdan kredit almaq istənilən şəxsin hüququdur. Əkrəm Həsənov isə deyib ki, bir şəxsin digərinə borcu varsa, ondan necə obyektivli gözləmək olar? “Həm də Xətai rayon məhkəməsində baxılmalı iş məqsədli şəkildə Yasamal rayon məhkəməsində bu hakimə düşüb”.

Bundan sonra hakim məhkəməni təxirə salıb.

14:31 12.10.2015

Türkiyənin məşhur satiriki, aktyoru, rejissoru Levent Kırca vəfat edib

“Anadolu” agentliyinin məlumatına görə, 67 yaşlı aktyor uzun müddət qara ciyər xərçəngindən əziyyət çəkirdi.

L. Kırca 1948-ci ildə Samsunda dünyaya gəlmişdi. 1964-cü ildə Ankara Dövlət Teatrında səhnə həyatına başlayıb. Məşhur satirikin “Olacak o kadar" televiziya proqramı 22 il efirdən düşməyib.

90-cı illərin "Olacak o kadar"-ından bir səhnə

14:27 12.10.2015

İpoteka güzəştlərindən kimlər yararlana bilir?

İpoteka kreditlərində güzəştlərdən yararlananlar arasında elmi dərəcəsi olanlar , 2015-ci ilin ilk yarısına olan məlumata görə, 2 faizdir. Ən çox istifadə edən hərbi qulluqçulardır:

Hərbi qulluqçu – 79.5 %

Dövlət qulluqçusu – 8.6%

Məcburi köçkün – 8 %

Elmlər namizədi – 2.1 %

İdmançı – 1.5%

Şəhid ailəsi – 0.3 % Ətraflı

Davamı

XS
SM
MD
LG