DİN: Aynar Məmmədova məxsus kafedə mərc oyunlarına qarşı əməliyyat keçirib
APA-nın məlumatında deyilir ki, Daxili İşlər Nazirliyi (DİN) deputat Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus olduğu iddia edilən “Nar Cafe”-də əməliyyat keçirilməsi barədə məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında adıçəkilən kafedə polis tərəfindən əməliyyat keçirildiyini təsdiqləyib. Bildirib ki, həqiqətən də daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən oktyabrın 11-də "Nar" kafesində qanunsuz mərc oyunlarına qarşı mübarizə üzrə tədbir keçirilib. Bu zaman 8 nəfər saxlanılıb, onlar barəsində inzibati qaydada protokol tərtib olunaraq cərimə olunmaları üçün məhkəməyə göndərilib.
Türkiyənin məşhur satiriki, aktyoru, rejissoru Levent Kırca vəfat edib
“Anadolu” agentliyinin məlumatına görə, 67 yaşlı aktyor uzun müddət qara ciyər xərçəngindən əziyyət çəkirdi.
L. Kırca 1948-ci ildə Samsunda dünyaya gəlmişdi. 1964-cü ildə Ankara Dövlət Teatrında səhnə həyatına başlayıb. Məşhur satirik 22 il yayımlanan “Olacaq o qədər” televiziya proqramını hazırlayıb.
Şirin Abbasov: "Mən heç kimi söyməmişəm"
Bakı Apellyasiya Məhkəməsində «Meydan TV» ilə əməkdaşlıq edən jurnalist, sentyabrın 16-dan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Şirin Abbasovun şikayətinə baxılıb.
Məhkəmədə Şirin Abbasovun özü də iştirak edib. O bildirib ki, «ünvansız söyüş söymə» və «polisə müqavimət» ittihamları tamamilə əsassızdır: «Müqavimət göstərdiyim iddia olunan polisi də, guya söydüyüm «zərərçəkmiş»i də ümumiyyətlə, tanımıram. Yasamal rayon Məhkəməsində də bunu demişəm. Mən nə kimisə söymüşəm, nə də kiməsə müqavimət göstərmişəm. Mənim heç bir günahım yoxdur».
Kral Salman Telman İsmayılovun otelində qalacaq
Türkiyədə böyük 20-liyin sammitinə gələn Səudiyyə Ərəbistanı kralı Salman-a və onun nümayəndə heyəti Kundu bölgəsindəki «Mardan Palace» otelində qalacaq. Türkiyənin «Hürriyet» qəzeti yazır ki, noyabrın 15-16-da akkreditasiyası olmayan heç kim Bələkə daxil ola bilməyəcək.