Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Fevral, bazar, Bakı vaxtı 17:35

Ukraynada silahlar geri çəkiləcək


Donetsk, avqust, 2015-ci il

-

Rusiya, Ukrayna və Avropa təmsilçiləri Ukraynanın şərqindən tankların və digər silahların geri çəkilməsi üzrə çoxdan gözlənən razılaşmanı əldə ediblər.

“Bu sənəd zorakılıq və hücumlara son qoyacaq sülh cığırını açır,” Rusiya təmsilçisi Azamat Kulmukhametov sentyabrın 29-da deyib.

ATƏT-in təmsilçisi Martin Sajdik deyib ki, iki günə razılaşma həyata keçirilməyə başlayacaq və 39 günə yerinə yetiriləcək. Sənədə “tankların, minaatanların, kalibri 100 mm-dən az artilleriyanın 15 kilometrlik məsafəyə çəkilməsi nəzərdə tutulur”.

Sənədi Ukrayna təmsilçisi Leonid Kuchma imzalayıb, separatçıların liderləri isə oktyabrın 1-də imzalayacaq.

Saidik-in sözlərinə görə, ATƏT silahların geri çəkilməsini monitorinq edəcək.

Kalibri 100 mm-dən artıq olan silahlar artıq cəbhə xəttindən çəkilib.

XS
SM
MD
LG