Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:23

Rasim Qaraca. Bizim jurnalistlər


Rasim Qaraca
Rasim Qaraca

- "...əsas məziyyəti onların sahibindən tam asılı olmasıdır. Kukla statikdir. Nə qədər canlı olsa da, ona pul verənin görmək istədiyi kimidir."

Rasim Qaraca

Bizim jurnalistlər

Yaponlar təzə seks-kuklalar düzəldiblər. İnternetdə fotolarını gördüm. Ən son nailiyyətdir, canlı insana maksimum bənzədiblər.

Bir erkəyin arzu edəcəyi ideal qadın tipi standartını uydurublar – yaş, boy, çəki, saç və dəri rəngi, üzdəki məsumiyyət ifadəsi - hər şey nəzərə alınıb...

Çox da təfərrüata varmaq istəmirəm, maraqlananlar İnternetdə tapa bilər, hətta sifariş verə bilər.

İstər-istəməz bu kuklaların yaranma səbəbləri haqqında düşünməli olursan. Əslində hər şey məlumdur: bazarda həmin məhsula tələb var və sənayeçilər ən yaxşılarını ürətmək axtarışındadırlar.

Kukla-qadınların canlılardan üstünlüyü də var: yemək yemir, su içmir, cürbəcür tələb və ya iradla qarşına çıxmır, ən əsası isə, deyingən deyil...

Hətta, burası çox maraqlıdır, yaponlar kukla-qadınları daha canlı, cap-canlı eləməkdən ötrü proqrama bir az deyingənlik də qatırlar, yəni, müştərinin istəyinə görə deyingənliyin dərəcəsini artırırlar.

Çünki qadın deyinməsə təbii görünməz. Amma bu deyingənlik kontrol edilə bilən deyingənlikdir.

Yəqin ki, Çarlz Bukovskinin “17,5 dollara sevgi” hekayəsini oxumusunuz. Əsərin qəhrəmanı qadınlardan boğaza yığılır və köpürtmə-qadın alır.

Kuklanın canlı qadından üstünlükləri hekayədə geniş təsvir olunub. Sonda canlı qadın evə qayıdır və kuklanı parçalayır.

Sözümün canı bunlar deyil. Kuklalar haqqında düşünərkən bizim jurnalistlər ağlıma gəldi.

Diqqət etsəniz, seks-kuklaların əsas məziyyəti onların sahibindən tam asılı olmasıdır. Kukla statikdir. Nə qədər canlı olsa da, ona pul verənin görmək istədiyi kimidir.

Kukla-qadınların dodaqları oral seks üçün xüsusi formada düzəldilir, baxışları yumşaqdır, dəlib keçici deyil, ayaqları aralanmaq üçün çox rahatdır, düyməsini basmayana qədər danışmazlar.

Bütün bu məziyyətlərin hamısı bizim jurnalistlərdə var demirəm. Amma hakimiyyət tərəfindən xüsusi pozada qoyulmaları onları kuklalara çox bənzədir.

İdarə olunan jurnalist seks-kukladır, bunun başqa adı yoxdur. Bəs niyə görə adi kukla deyil, məhz seks-kukla? Jurnalisti adi gəlinciyə bənzətmək olmaz.

Çünki ondan xüsusi poz tələb olunur: istənməyən şeyi danışmamalı, yalan şeylər yazarkən və ya danışarkən hayıl-mayıl olmalı, ya da özünü belə göstərməli, sahibinin xoşuna gələn hərəkətlər etməli və sözlər danışmalıdır, eynilə seks-kuklalar kimi.

Mənzərəni tamamlamaq üçün jurnalistin xüsusi tərzdə aralanmış təbəssümlü dodaqlarını göz önündə canlandıra bilərsiz.

Bizim jurnalistlər eynən yapon seks-kuklaları kimi xüsusi pozda olmalıdırlar.

Ola bilər sahibi onların xiddmətindən istifadə etməyəcək, bu heç də önəmli deyil, onlar pozlarını dəyişməməlidir, qeyri-müəyyən sonsuz zamana qədər.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG