Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 04:12

Fermerlər etiraz edir

Avropanın dörd bir yanından gələn fermerlər sentyabrın 7-də Belçikanın paytaxtı Brüsseldə aksiya keçiriblər. Onların çoxu Fransadan, Almaniyada və Belçikadandır. Süd istehsalında kvotaların ləğvi süd qiymətlərinin kəskin enməsinə bu da fermerlərin etirazına səbəb olub. Aksiyaya 3000 fermer qatılıb. Onlar barikatlar qurublar. Polis aksiyaçılara qarşı su şırnağından istifadə edib.
Etiraz aksiyası Avropa Birliyi ölkələrinin kənd təsərüffatı nazirləri sentyabrın 7-də təcili toplantısı ilə eyni vaxtda olub.
Rusiya ötən yaydan Avropa Birliyi ölkələri, ABŞ və Kanadadan kənd təsərüffatı məhsullarının idxalına qadağa qoyub.

Davamı

Bölmələr

XS
SM
MD
LG