Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Yanvar, şənbə, Bakı vaxtı 06:49

Avstriyada azı 20 qaçqının meyiti tapılıb


Foto arxiv

Avstriya polisi Macarıstana gedən yolda yük maşınından azı 20 qaçqının cəsədini aşkar edib.

Bu barədə Avqustun 27-də Avstriya polisi məlumat verib.

Polis maşının Macarıstan nömrəli olduğunu deyir.

Polis bildirib ki, onların kimliyini müəyyənləşdirmək çətindir və ölənlərin sayı 50 ola bilər.

Yük maşınının avqustun 26-da yolun kənarına atıldığı güman edilir.

Maşının qapıları açıq imiş.

Avstriyanın daxili işlər naziri Johanna Mikl-Leitner insan alverçilərini ittiham edib, onları cinayətkar adlandırıb.

Son vaxtlar Suriya və Şimali Afrika ölkələrindən Avropa Birliyi ölkələrinə qaçqın axını kütləvi hal alıb.

XS
SM
MD
LG