Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:59

TQDK daha test bankları nəşr etməyəcək


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
«Bu il qəbul ola bilmədim. İmtahana test bankları ilə hazırlaşmışdım, əvvəlki illərdə qohumlarım bu yolla hazırlaşıb, qəbul olmuşdular, mən də arxayın idim ki, düzgün istiqamət seçmişəm...»

Nərgiz bu il də ali məktəbə qəbul imtahanına hazırlaşır. Amma ötən ildən fərqli olaraq, bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 2001-ci ildə nəşr etdirdiyi test bankları jurnallarına arxayın deyil.


2001-ci ildə ali məktəblərə qəbul imtahanlarındakı sualların əksəriyyəti komissiyanın hazırladığı test kitabçalarından düşmüşdü deyə, abituriyentlərin əksəriyyəti hələ də imtahanlara bu test kitabçaları əsasında hazırlaşırlar.


«İndi abituriyentləri fərdi şəkildə hazırlayan müəllimlər də uşaqlara bilik yox, testə düzgün cavab verməyin mexaniki yollarını öyrədirlər. Bu, şagirdlərdə ancaq əzbərçilik vərdişləri yaradır. Bilik, savad almaq isə tamam başqa şeydir»
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədr müavini Namiq Babayev isə deyir ki, o vaxtdan bəri təhsil proqramlarında müəyyən dəyişikliklər edilib, yeni dərsliklər nəşr olunub. Bütün bu yeniliklər qəbul imtahanlarındakı test suallarında da öz əksini tapır. O ki qaldı 2001-ci ildə nəşr olunmuş test bankları jurnallarına, cənab Babayev bildirir ki, komissiya bundan sonra belə jurnallar nəşr etməyi planlaşdırmır. Onun sözlərinə görə, komissiya hər il abituriyentlərə kömək məqsədilə metodik tövsiyələr hazırlayır, təhsil proqramlarından ibarət jurnallar nəşr edir. Bundan başqa, hər il siniflər və fənlər üzrə test topluları da nəşr olunur: «TQDK-nın bundan sonra bank nəşr etmək fikri yoxdur. Əgər kimsə köhnə banklar əsasında imtahana hazırlaşırsa, o, səhv yoldadır. TQDK siniflər üzrə test topluları buraxır, bu topluların abituriyentin imtahana hazırlaşmasında böyük rolu var».

Təhsil məsələləri üzrə ekspert Asif Cahangirov isə deyir ki, əsasən testə arxalanıb qəbul imtahanına hazırlaşmaq abituriyentlərdə əzbərçilik vərdişləri yaradır. Onun fikrincə, abituriyentlər təhsil proqramları əsasında imtahana hazırlaşsalar, bu, daha çox səmərə verər: «İndi abituriyentləri fərdi şəkildə hazırlayan müəllimlər də uşaqlara bilik yox, testə düzgün cavab verməyin mexaniki yollarını öyrədirlər. Bu, şagirdlərdə ancaq əzbərçilik vərdişləri yaradır. Bilik, savad almaq isə tamam başqa şeydir».


Cənab Cahangirov test bankları jurnallarının yenə də nəşr olunmasının tərəfdarıdır. Onun fikrincə, sadəcə, qəbul imtahanlarına salınan testlər jurnalda nəşr edilən testlərin eyni yox, onlara oxşar suallar olmalıdır.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG