Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 10:23

Qəbul imtahanlarının qaydalarında dəyişiklik edildi


İmtahan vaxtı əvvəlki kimi 3 saat olacaq
İmtahan vaxtı əvvəlki kimi 3 saat olacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə qəbul imtahanlarının qəbul qaydalarında dəyişikliklər edib. Bu haqda TQDK-nın sədri Məleykə Abbaszadə oktyabrın 13-də keçirdiyi mətbuat konfransında məlumat verdi. Dəyişikliklər bunlardan ibarətdir.


Bundan sonra qəbul aparılacaq ixtisaslar 4 qrupa bölünəcək. Ümumiləşmiş fənn bloku ləğv olunur. 5-ci qrup da ləğv olunur və bu qrupa aid olan pedoqogika və psixologiya ixtisasları 3-cü qrupa, sosiologiya ixtisası isə 2-ci qrupa yerləşdirilir. 2008-ci ildə psixologiya ixtisası 4-cü qrupa keçiriləcək. 1-ci qrupa daxil olan bədii layihələndirmə ixtisası qabiliyyət imtahanı tələb edən ixtisaslar siyahısından çıxarılır.


Bundan sonra qəbul aparılacaq ixtisaslar 4 qrupa bölünəcək. Ümumiləşmiş fənn bloku ləğv olunur

Abituriyentlər 5 fəndən imtahan verəcəklər. Test suallarının sayı 120 olaraq qalacaq. 4 əsas fənn 25 sualdan, əlavə olunmuş 5-ci fənn isə 20 sualdan ibarətdir. İmtahan vaxtı əvvəlki kimi 3 saat olacaq.


1-ci ixtisas qrupuna xarici dil (ingilis, alman, fransız, Azərbaycan bölməsi üçün əlavə rus dili) fənni əlavə olunub. Əvvəlki illərdən fərqli olaraq bu qrupun abituriyentləri «Ana dili və ədəbiyyat» fənni əvəzinə, «Ana dili» fənnindən imtahan verəcəklər.


2-ci ixtisas qrupuna «Azərbaycan tarixi fənni» əlavə olunur. Bu qrupun abituriyentləri əvvəlki illərdən fərqli olaraq «Ana dili və ədəbiyyat» fənni əvəzinə, «Ana dili» fənnindən imtahan verəcəklər.


3-cü ixtisas qrupundan «Coğrafiya» fənni çıxarılır, «Riyaziyyat» fənni daxil edilir. Əvvəlki illərdən fərqli olaraq abituriyentlər «Ana dili və ədəbiyyat» fənni əvəzinə, bu qrupda ayrıca «Ana dili» və «Ədəbiyyat» fənnlərindən imtahan verəcəklər.


4-cü ixtisas qrupuna «Riyaziyyat» fənni əlavə olunur. Bu qrupun abituriyentləri də «Ana dili» və «Ədəbiyyat» fənni əvəzinə, «Ana dili» fənnindən imtahan verəcəklər.


Rus bölməsinin abituriyentləri isə «Azərbaycan dili» fənni üzrə əlavə imtahan verəcəklər. İmtahanda onlara 20 test tapşırığı təqdim olunacaq. Nəticələr məqbul və qeyri-məqbulla qiymətləndiriləcək. Bu imtahanlar mart və iyun aylarında keçiriləcək. Mart ayında keçirilən imtahanlara məqbul ala bilməyənlərə iyun ayında təkrar imtahanda iştirak etmək şansı veriləcək. Bu mərhələdən keçməyənlər isə qəbul imtahanlarına buraxılmayacaqlar.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG