Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:42

Kitab oxumaq "daha yaxşı insan olmaq" incəsənəti kimi


"New Statesman". İllüstrasiya. "Kindle" oxuyan Mişel de Monten
"New Statesman". İllüstrasiya. "Kindle" oxuyan Mişel de Monten

- Jonathan Bate Oxford Universitetinin İngilis ədəbiyyatı üzrə professorudur. Bu gün o, "New Statesman" dərgisində kitab oxumağın verdiyi zövq haqda, ədəbiyyatın funksiyası haqda yeni, böyük məqaləylə çıxış edib.

Mişel de Monten kitabları bizə insan olmaq incəsənətini öyrədən məşğələ kimi görürdü. Bu məqaləsində professor Jonathan Bate kitab oxumağın insan üçün faydalarına Montenin fikirləri fonunda müasir gözlə baxır.

Məqalədə maraqlı hissələr var.

"Son bir neçə həftədə kitab oxumağın bəxş etdiyi zövq haqda dörd kitab oxudum. Onların arasında ən zəngin kitab “Curiosity” (Maraq) kitabı idi, müəllifi Kanadalı yazıçı, tərcüməçi, tənqidçi, özünü “daha çox oxucu” adlandıran Alberto Manguel.

Digər üç kitab məqalə toplularıdır. Müəllifləri şair və tərcüməçi Michael Hofmann, "New Yorker" jurnalının ədəbi tənqidçi rezidenti James Wood və şair, tərcüməçi, aparıcı Clive James.

Bunlar kitabların bizə düşüncəli və həssas olmağı necə öyrətdiyi haqda kitablardır. Bunlar empatiya əsərləridir, hərçənd, onlarda tənqidi ruh da parlamaqdadır..."

"Bu kitabların ən yaxşı cəhəti odur ki, onlar böyük həyati sualları – yaşam və ölüm suallarını qaldırırlar, amma cavab diktə etmirlər..."

"Yazmağın sonu yalnız oxuculara həyatdan daha çox zövq almağı, yaxud həyata daha çox dözməyi öyrətməsi ola bilır.”

Yazının ən maraqlı hissəsi isə ədəbiyyatın funksiyasına müasir Qərb baxışını ifadə edən yeridir:

"Ədəbiyyat dini inancın itməsi nəticəsində yaranmış boşluq üçün bir terapiya da ola bilər."

Oxu Zalı

XS
SM
MD
LG