Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:10

Əfqan kitab bazarında İran kitabları dominantlıq edir


Əfqanıstanda Kabul İctimai Kitabxanası, 2013
Əfqanıstanda Kabul İctimai Kitabxanası, 2013

-

Əfqan şairi və İrandakı Əfqanıstan Ədəbiyyat Evinin sədri Məhəmməd Sərar Racayi Əfqanıstan kitab bazarında İran kitablarının dominantlq etdiyini deyib.

Yəni hansı kitab satılan yerə getsəniz, İranda nəşr olunmuş kitabların satıldığını görərsiniz.

İranın kitab xəbərləri səhifəsinə müsahibə verən şair deyib: “Əfqanıstanda əhalinin əksər hissəsinin kitab almağa imkanı yoxdur, almaq imkanı olanlar isə İranda çıxmış, Əfqanıstanda satılan kitabları alırlar.”

Əfqanıstan 1978-ci ildən müharibələrin cəngindədir, bütün mədəni infrastruktur dağılıb.

Şair deyib ki, Taliban 1980-ci illərdə hakimiyyəti ələ keçirəndə Əfqanıstanda bütün kitab satan yerləri bağladı, Qurandan başqa, bütün kitabları qadağan etdi.

“Həmid Kərzai 2002-ci ildə hakimiyyətə gələndən sonra mədəni şəraitdə inkişafa şahid olduq, Ədəbiyyata, kitab oxumağa maraq yarandı."

Müharibələr xalqı oxumaqdan ayrı salsa da, Əfqanıstanda camaat savadsızlığı problem hesab edir və kitab oxumağa maraqları var. Amma kitab daha çox özəl universitetlərdə oxuyan gənclər arasında populyardır.

XS
SM
MD
LG