Keçid linkləri

2026, 28 İyul, çərşənbə axşamı, Bakı vaxtı 00:33

AzadliqLive - Emin Ağalarov: "Səni unutmaq"

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

15:55 28.7.2015

Azərbaycanda hara şikayət daha təsirli olur?

Baş prokurora, Daxili işlər nazirinə, Prezidentə, Heydər Əliyev Fonduna və s? Sorğuda iştirak etmək istəyirsənsə, bura daxil ol

15:56 28.7.2015

İŞİD-in azərbaycanlı "İstanbul Əmiri" həbs olunub

İstanbulda keçirilən anti-terror əməliyyatları zamanı saxlanılan və barəsində həbs-qətimkan tədbiri seçilənlərdən biri də Azərbaycan vətəndaşı Abdulla Abdullayevdir. Abdulla Abdullayev özünü İŞİD-in “İstanbul əmiri” kimi təqdim edir. APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, son tutulan 15 nəfərdən 3-ü İŞİD, 2-si PKK -nın üzvü olmaqda təqsirləndirilir.Qalan 10 nəfər sərbəst burxaılıb.

16:22 28.7.2015

"İlham Əliyev tənqidi fikrə dözə bilmir"

«Necə həbs olunmağım mənim üçün xırda məsələdir. Hansısa formada həbsimi gözləyirdim. «Azərbaycan Saatı» TV proqramının redaktoru və aparıcısı idim, Azərbaycan hakimiyyətini tənqid edirdim».

Bunu «Azadlıq» qəzetinin əməkdaşı, «Azərbaycan saatı» verilişinin aparıcısı Seymur Həzi məhkəmədə deyib. O deyib ki, İlham Əliyev tənqidi fikrə dözə bilmir.

18:01 28.7.2015

Gaddafinin oğlu ölümə məhkum edildi

Keçmiş Liviya diktatoru Muammar Gaddafinin oğlu Saif al-Islam Gaddafi , keçmiş milli təhlükəsizlik naziri Abdullah al-Senussi və keçmiş baş nazir Baghdadi Ali Mahmudi ölümə məhkum ediliblər.

Davamı

XS
SM
MD
LG