Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Fevral, Cümə, Bakı vaxtı 00:09

Gaddafinin oğluna edam cəzası verildi


Saif Al-Islam və Abdullah Al-Senussi

Keçmiş Liviya dikdatoru Muammar Gaddafininoğlu Saif al-Islam Gaddafi , keçmiş milli təhlükəsizlik naziri Abdullah al-Senussi və keçmiş baş nazir Baghdadi Ali Mahmudi ölümə məhkum ediliblər.

Əl-Cəzirənin məlumatına görə, qərara əsasən onlar edam olunacaq, güllələnəcəklər.

Onlarla yanaşı 8 nəfər də ölümə məhkum ediliblər.7 nəfərsə 12 il həbs cəzası alıb.

Saif al-Islam Gaddafi barəsində qərar qiyabi çıxarılıb.O hazırda Zintan əyalətində keçmiş üsyançı qrupun əlindədir.

Saif al-Islam Gaddafi Beynəlxalq Məhkəmə tərəfindən də axtarışdadır.

Keçmiş Liviya prezidenti Muammar Gaddafi 2011-ci ildə devrilib və az sonra kütlə tərəfindən qətlə yetirilib.

XS
SM
MD
LG