Keçid linkləri

2026, 26 Oktyabr, bazar ertəsi, Bakı vaxtı 05:20

AzadlıqLive - Şeyxin qardaşı: "kişilik şortiklə ölçülmür"

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə​

(AzadliqLive burdan dinlə - Link axşam saat 8-də aktivləşəcək)

12:46 25.7.2015

Kasıblıqdan uşağını boğdu

Ağır maliyyə durumuna görə, yeni doğulan oğlunu boğan qadının işi məhkəməyə verilib. İstintaq indi başa çatsa da, hadisə martın 23-də Ermənistanın Şirak vilayətində olub. news.am xəbər verir ki, evdə tək olan hamilə qadının oğlu doğulub, ancaq qadın çox ağır maliyyə durumuna görə oğlunu boğub, öldürüb.

18:10 25.7.2015

Rayon maşınlarına məhdudiyyət

Bu günlərdə baş nazirin müavini Abid Şərifov mediaya demişdi ki, yük maşınlarına məhdudiyyətlər rayon qeydiyyatında olan minik avtomobillərinə şamil edilməyəcək.Yol Polisi İdarəsindən Kamran Əliyev isə bu gün bildirir ki, o zaman məlumat təhrif edilib:«Bir daha bildiririk ki, eyni məhdudiyyətlər rayon qeydiyyatında olan minik avtomobilləri üçün də tətbiq ediləcək".

20:10 25.7.2015

Otellər İlham Əliyevə qulaq asdı

Ölkə prezidentinin iradlarından sonra əksər hotellərdə xidmətlərin qiymətləri endirilib. Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının prezidenti Nahid Bağırov deyib.

O bildirib ki, hazırda AzTA və Mədəniyyət və Turizm Nazirliyi hotellərdə otaq nömrələrinin qiymətlərinin endirilməsi ilə bağlı işlər aparır: "Bunun nəticəsi olaraq, artıq əksər hotellər müəyyən endirimlər edib, otaq nömrələrinin qiymətlərini minimum 20-30 faiz ucuzlaşdırıblar."

23:23 25.7.2015

Azərbaycan Almaniya ilə düşdü

2018-cı ildə Rusiyada futbol üzrə dünya çempionatının püşkatma mərasimi keçirilib. Azərbaycan seçmə oyunlarda Almaniya, Norveç, Şimali İrlandiya, Çexiya, San Marino ilə bir qrupa düşüb. Digər Avropa qrupları

Davamı

​
XS
SM
MD
LG