Şeyxin qardaşı: "kişilik şortiklə ölçülmür"
Bu yay şortik ən qızğın ictimai mübahisə mövzusudur. Millət vəkili,QMİ-nin rəhbəri Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin şortik geyinən kişilərlə bağlı fikrini şərh edərkən AzVision.az-a deyib:“Mən Hafiz Hacıyevin fikri ilə razılaşmıram.Burada nə var ki, yaydır, hava istidir, istirahət edən gənclər şortik geyinirlər. Şortik də geyinə bilərlər, şalvar da. Təbii ki, hər şeyin yeri olmalıdır. Belə təkliflər etmək, insanları aqressivləşdirmək lazım deyil. Hərənin öz fikri var. Şortik geyinmək və geyinməməklə kişilik ölçülmür. Ola bilər ki, şalvar geyinsin bir insan, ancaq onun beynində, düşüncəsində əxlaqi problemi olsun, pis fikirlər dolaşsın. Elə də insan var ki, şortik geyinə bilər, ancaq açıq fikirli, açıq sözlü ola bilər. Belə şeyləri heç müzakirə də etmək lazım deyil”.
Hafiz Hacıyev Novxanıda restoranda şortik qadağası ilə bağlı xəbəri şərh edərkən bildirib ki, şortik geyinən kişiləri insanlar fitə basmalıdırlar,lağa qoymalıdırlar.