“Milan Expo 2015”dəki Azərbaycan pavilyonunda “Milli gün”
“Milan Expo 2015” Ümumdünya sərgisindəki Azərbaycan pavilyonuna mayın 1-dən indiyə kimi 1 milyondan çox adam gəlib. İyulun 9-da Azərbaycan pavilyonunda təşkil olunan "Milli gün" ün videosu isə indi yayılıb.
Azərbaycan pulu Türkiyəyə axır
2015-ci ilin yanvar-iyununda Türkiyədə Azərbaycan kapitalının iştirakı ilə 99 şirkət, o cümlədən 25 səhmdar cəmiyyəti yaradılıb. "Turanın" məlumatına görə, 6 ayda Azərbaycandan olan investorlarun qoyduğu pul 10 milyon lirədən çoxdur.
AzadlıqLive-da Radioda iyulun 24-də bu mövzuları müzakirə etdik:
Xədicə İsmayılın məhkəməsidir- O deyir ki, özünü Kamaləddin Heydərov kimi hiss eləyir
Vaxtilə 700 bal toplayanlar indi hardadırlar?
Azərbaycanda son ayların intiharları - intihara çatdırma ittihamı ilə tutulan, məhkum olunan varmı?
"Hər nöqsanı ölkə prezidenti iclasda üzünüzə deməməlidir ki"
Oyunlar qurtardı, dəyişdirilən marşrutlar hələ də bərpa olunmayıb. “Vətəndaşlara bu qədər əziyyət verməyin başqa adı varmı? Yaxında metro yox, başqa ictimai nəqliyyat növü yox, insanın taksiyə verməyə pulu yox, hər gün bu çiləni bu insanlara çəkdirməyin adı nədir? Hər nöqsanı ölkə prezidenti iclasda üzünüzə deməməlidir ki. Hər kəs rəhbərlik etdiyi sahədə vətəndaşa xidmət etməyi vicdan borcu olaraq görməsə də, heç olmazsa vəzifə borcu olaraq görməlidir."- bunu millət vəkili Fazil Mustafa Aznews.az saytına deyir. O deyir ki, bu intellektual mazoxizmdir.