Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

Azərbaycan pulu Türkiyəyə axır


2015-ci ilin yanvar-iyununda Türkiyədə Azərbaycan kapitalının iştirakı ilə 99 şirkət, o cümlədən 25 səhmdar cəmiyyəti yaradılıb.

"Turan" bildirir ki, bu barədə Türkiyə Palatalar və Birjalar Birliyi (TOOB) məlumat yayıb.

6 ayda yaradılan səhmdar cəmiyyətlərin kapitalında Azərbaycandan olan investorların iştirakı 78,8%-dir (6 mln 822,6 min lirə). 74 MMC-nin kapitalına Azərbaycan sahibkarları 5 mln 254,6 min lirə qoyub.

Cəmi bu il Türkiyədə Azərbaycan sahibkarlarının iştirakı ilə yaradılan şirkətlərin təsis kapitalına 16,4 mln lirə qoyulub.

İnvestorlar əsasən ticarət, ictimai iaşə, turizm, nəqliyyat və başqa sahələrə vəsait qoyub.

XS
SM
MD
LG