WizzAir AZAL-ı günahlandırdı
"WizzAir aviaşirkəti Bakıya uçuşlarını bu şəhərin hava limanı birtərəfli şəkildə bizimlə müqavilənin müddəalarını dəyişdirdikdən sonra dayandırıb. Şirkət Azərbaycanda və ya başqa bir yerdə tələb olunan xidmət haqqlarını ödəməkdən imtina etməyib".
Bunu WizzAir Azal-ın iddiasına cavab olaraq bildirir. Ucuz uçuşlar edən Macarıstanın WizzAir şirkəti bildirir ki, 2015-ci ildə Bakıya uçuşlar bərpa olunmayacaq, çünki şirkətin bu il üçün iş qrafiki artıq müəyyən edilib:
"Lakin şirkət bu məsələ ilə bağlı istənilən yeni təklifini nəzərdən keçirməyə hazırdır. Əgər hava limanı rüsumları və uzunmüddətli saziş Azərbaycana ucuz qiymətə uçuşları yerinə yetirməyə imkan versə, bu barədə əvvəlcədən xəbər veriləcək".
Azərbaycanlının qətlini sifariş edən millətçiyə ömürlük cəza
Moskva məhkəməsi qatı millətçilərin lideri İlya Goryachevi ömürülk həbs cəzasına məhkum edib. 33 yaşlı Goryachev 2010-cu ildə hakim Eduard Chuvashov, 2009-cu ildə rusiyalı antifaşist fəal Stanislav Markelov, tacik və azərbaycanlı miqrantın qətlini sifariş etməkdə təqsirli bilinib.
"Özümü lap Kamaləddin Heydərov kimi hiss edirəm"
Məhkəmədə çıxış edən jurnalist Xədicə İsmayıl deyib:
«Məni İlham Əliyev şəxsi-qərəzliyinə görə həbs etdirib. Jurnalist fəaliyyətimə imkan verməmək üçün məni içəri saldırıb. Təcridxananın bütün işçilərinin işi-gücü bu dəqiqə odur ki, mənim hər hansı qeyd aparıb-aparmadığımı, yazı yazıb-yazmadığımı müəyyən etsinlər. Məni vəkillərlə görüşə aparanda, özümü lap İlham Əliyev və Kəmaləddin Heydərov kimi hiss edirəm. Çünki bütün dəhliz boşaldılır, kiminsə bayıra çıxmasına imkan verilmir. Təcridxana rəhbərliyini mənim qaydalara riayət edib-etmədiyim yox, nəsə yazıb-yazmadığım maraqlandırır. Həbsimin əsl səbəbi İlham Əliyev və onun ailəsinin qanunsuz biznesini araşdırmağa imkan verməməkdir».
Neft 30 ildə ən aşağı həddə düşə bilər və burda qala bilər
Neftin qiyməti son 30 ildə ən şağı həddə düşə bilər. Xəbəri «Bloomberg» agentliyi «Morgan Stanley» bankının təhlilçilərinin proqnozlarına əsasən yayıb. Proqnozda deyilir ki, eniş minimum 3 il çəkə bilər – «bu, 1986-cı ildəkindən də pis olar».