Keçid linkləri

2024, 27 May, Bazar ertəsi, Bakı vaxtı 23:16

Azərbaycanlının qətlini sifariş edən millətçiyə ağır cəza


Ilya Goryachev
Ilya Goryachev

-

Moskva məhkəməsi qatı millətçilərin lideri İlya Goryachevi ömürülk həbs cəzasına məhkum edib.

33 yaşlı Goryachev 2010-cu ildə hakim Eduard Chuvashov, 2009-cu ildə rusiyalı antifaşist fəal Stanislav Markelov, tacik və azərbaycanlı miqrantın qətlini sifariş etməkdə təqsirli bilinib.

Millətçi BORN qrupunun lideri Goryachev həmçinin ekstremist qrup, qanunsuz cinayətkar dəstə yaratmaq, habelə qanunsuz silah saxlama və yaymada təqsirli bilinib.

Amma o ittihamları rədd edib.

Goryachev 2013-cü ildə Rusiyanın sorğusu ilə Serbiyadan ekstradasiya edilib.

Məlumatlara görə, ötən həftə məhkəmədə ona hökm oxunarkən huşunu itirərək yıxılıb.

Bu ilin aprelində isə təşkilatın digər 2 üzvü ömürlük, 1-i isə 24 il həbsə məhkum edilib.

Təşkilatın üzvləri olan Nikita Tikhonovla Yevgenia Khasis isə 2011-ci ildə 18 il azadlıqdan məhrum ediliblər.

Ilya Goryachev (solda)
Ilya Goryachev (solda)

Ilya Goryachev
Ilya Goryachev

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG