Keçid linkləri

2026, 26 Oktyabr, bazar ertəsi, Bakı vaxtı 03:02

AzadlıqLive - Şeyxin qardaşı: "kişilik şortiklə ölçülmür"

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə​

(AzadliqLive burdan dinlə - Link axşam saat 8-də aktivləşəcək)

00:32 24.7.2015

Fazil Mustafa:"kiminsə başına görə dəyişiklik"

"Hakimiyyətdə kiminsə yaşına, kiminsə başına görə müəyyən dəyişikliklərin olması qaçılmazdır". - bunu millət vəkili Fazil Mustafa payızda qarşıdan gələn parlament seçkiləri haqda strateg.az-a deyib.

"Yaş" aydındır, görəsən "baş" deyəndə Fazil Mustafa kimi və ya kimləri nəzərdə tutur?

İndiki parlament haqda o deyib ki, "indiki statusla, indiki funksiyalarla parlament nə xalqın xeyrinədir, nə hakimiyyətin. "Xalq belə bir parlamentin olmasını istəmir və onun maraqlarına cavab verən bir qanunverici hakimiyyətin formalaşmasının tərəfdarıdır".

12:47 24.7.2015

Skype-la evlənmə, SMS-lə boşanma

Nikah məsələlərində taciklər deyəsən, yeni texnologiyalardan tam faydalanmağa başlayıblar.

"Ali savadlı iqtisadçı Şahnoza İdrisovanın nikahı valideynlərinin əhatəsində, Düşənbədəki mənzilində baş verib və kəbini yerli molla kəsib. Təzəbəy Pərviz isə mərasimə noutbukdakı görüntüsü ilə “qatılıb”.

“Bu, gəlinlik paltarı qonaqları, əla yeməkləri ilə normal bir toy idi – fərq onda idi ki, Pərviz həmin vaxt Tunisdəydi.”

13:12 24.7.2015

"Kapital bank" hər gün açıq olacaq

Kartların verilməsini sürətləndirmək məqsədilə Kapital bankın müvafiq filiallarında iş qrafikini dəyişib. Artıq filiallar həftə içi 09:00-dan 20:00-dək, şənbə və bazar günləri isə 09:00 – 18:00-dək müştərilər üçün açıq olacaq. Gücləndirilmiş iş rejimi iyul ayının sonunadək qüvvədə qalacaq.Hazırda bununla bağlı Bankın 10 Bakı və 26 regional filialı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Sosial müavinətlərin və təqaüdlərin plastik kartlarla bankomatlar vasitəsilə ödənişi xidmətlərinin satınalması üzrə may ayında tenderdə Kapital bank qalib gəlib və bu kartları Kapital bank verir. Hər bir şəxs yalnız şəxsiyyət vəsiqəsilə Kapital Bankın müvafiq filialına yaxınlaşaraq növbəlik prinsipi ilə öz ödəniş kartlarını alır ​

13:47 24.7.2015

Qabil Hüseynli: "6 partiya qalacaq"

Politoloq Qabil Hüseynli Modern.az-a deyib ki,“İqtidarla əməkdaşlıq edən 6 siyasi partiya qalacaq. Onlar da Azərbaycan siyasətinin müxalifəti olacaq”.

Davamı

​
XS
SM
MD
LG