Keçid linkləri

2024, 19 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 04:14

Qabil Hüseynli: "6 siyasi partiya qalacaq"


Politoloq Qabil Hüseynli Modern.az-a deyib ki,“İqtidarla əməkdaşlıq edən 6 siyasi partiya qalacaq. Onlar da Azərbaycan siyasətinin müxalifəti olacaq”.

Onun sözlərinə görə, hazırkı müxalifət isə mövcud situasiya ilə barışıb:

“Demək olar ki, müxalifətin ətrafında fəal adamlar belə, yoxdur. Sanki ölkədə baş verən hər hansı hadisəyə adi bir bəyanat belə, verməyə cəsarətləri çatmır. Müxalifət bir qayda olaraq mövcud çatışmazlıqlalara qarşı özünün siyasi reaksiyasını verməlidir. Artıq müxalifətdə reaksiya da itib. Arada bir liderlərdən kimsə bir çox yumşaq ifadələr işlədir. Bu ifadələr də heç reallığı əks elətdirmir. Bu da ölkədə siyasi mühitsizlik yaradır. Yəni ölkədə siyasi mühit yoxdur. O mühitin komponentləri zəifdir. Demək olar ki, bunun nəticəsində də siyasi mübarizə elementi aradan çıxıb. Mən bunun günahını təkcə müxalifətdə görmürəm. Müxalifət isə günahı xalqın üzərinə atır ki, onlar və ziyalılar aktiv olmalıdır. Ziyalı oturub öz işi ilə məşğul olur. Amma ziyalı gəlib müxalifətin əvəzindən siyasi mübarizə missiyasını yerinə yetirməyəcək ki”.

Qabil Hüseynlinin fikrincə, müxalifətdəki siyasi liderlər və ətrafındakı şəxslər yorulub.

XS
SM
MD
LG