Qəbələdə təbii fəlakət (Fotolar)
İyulun 22-dən 23-ə keçən gecə Qəbələ rayonuna yağan güclü yağış bir neçə kəndə böyük ziyan vurub. Xüsusilə Qəmərvan kəndində bəzi evlər və maşınlar sel suları altında qalıb.
Bakıya gələn qatar relsdən çıxdı
Bizimyol.info xəbər verir ki, iyulun 21-də olan qəzanın indi görüntüləri yayılıb. O vaxt Balakəndən Bakıya gələn Bakı-Köçərli-Balakən-Bakı sərnişin qatarı böyük bir faciədən dönüb. Qatar "Keşlə" stansiyasına 400 metr qalmış relsdən çıxıb. Aşma təhlükəsi olan qatarı çətinliklə saxlamaq mümkün olub. Sərnişinlərə ziyan dəyməyib
Gülüş də yoqadır
Filippində fiziki qüsurlu insanları gülüş yoqası ilə müalicə edirlər.
Ağdamın işğalının 22-ci ildönümüdür
1993-cü ilin iyulun 23-də Ermənistan silahlı qüvvələri Ağdam rayonunun əksər hissəsini zəbt ediblər. Ərazisinin 70 faizini itirən Ağdamın işğalı ilə rəsmilər Azərbaycan iqtisadiyyatının 3 milyard manat itirdiyini bildirirlər. Ağdam işğaldan əvvəl və sonra Fotoqalereya