Keçid linkləri

2025, 19 Dekabr, Cümə, Bakı vaxtı 15:45

AzadlıqLive - Şeyxin qardaşı: "kişilik şortiklə ölçülmür"

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə​

(AzadliqLive burdan dinlə - Link axşam saat 8-də aktivləşəcək)

12:54 23.7.2015

Elmar Hüseynovun qətli ilə bağlı araşdırmaya başlanılıb

«Azadlıq» yazır ki, Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanda 2005-ci il martın 2-də qətlə yetirilmiş jurnalist, «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovla bağlı araşdırmalara başlayıb. Araşdırma jurnalistin həyat yoldaşı Ruşaniyyə Hüseynovanın şikayəti əsasında həyata keçirilir.

21:20 22.7.2015

Beynəlxalq Banka vəzifəlilərin oğulları təyin olunub

Problemli bankda Azərbaycansayağı islahat necə olur?

"Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağında İdarə Heyətinin yeni tərkibi təsdiqlənib. İdarə Heyətinin sədri vəzifəsinə Elmar Məmmədov təyin olunub. O, bu vəzifəni 4 il icra edəcək. E. Məmmədov bundan əvvəl "Azər-Türk Bank"ın İdarə Heyətinə rəhbərlik edib.

Report İnformasiya agentliyi yazır ki, Elmar Məmmədov “Azərsığorta” Dövlət şirkətinin rəhbəri Məmməd Məmmədovun oğludur.

Səhmdarların qərarına əsasən, Murad Oqtay oğlu Şirəliyev və Ülvi Eldar oğlu Mansurov İdarə Heyəti sədrinin yeni müavinləri təyin edilib.

APA yazır ki, Murad Şirəliyev səhiyyə naziri Oqtay Şirəliyevin oğludur. O, bunadək "Kapital Bank"ın İdarə Heyəti sədrinin müavini vəzifəsini tutub.

APA-nın məlumatına görə, Ülvi Mansurov isə bəstəkar Eldar Mansurovun oğludur. Onun bank sektorunda sonuncu iş yeri "Bank Technique"nin İdarə Heyətinin sədri vəzifəsi olub.

21:19 22.7.2015

Rauf Arifoğlu: "iqtidar olaydılar, edəydilər"

Musavat partiyasının keçmiş başqanının Facebook-da yazdığına Rauf Arifoğlu münasibət bildirib: "ad alma münasibətilə gələn təbrik zəngləri və mesajları yüzlərlə yox, minlərlədir.Onların içərisində Arif Hacılı və İsa Qəmbərin təbrikləri yoxdur. Hələ vaxta var, bəlkə də təbrik edəcəklər. Etməsələr də, canları sağ olsun. Əminəm ki, İsa Qəmbər, ya da Arif Hacılı prezident olsaydılar, onlar da mənə qəzetçiliyin "usta" titulu hesab olunan əməkdar jurnalist adını verəcəkdilər. İndi bunu onların əvəzindən İlham Əliyev edib. İqtidar olaydılar, edəydilər... Bir Allah şahiddir ki, İsa Qəmbərin prezident olması üçün yalnız onun özü ilə müqayisə oluna biləcək bir fəaliyyət göstərdim. 1993- 2013! 20 il. 2 dəfə də türmə yatmışam. Yeri gəlmişkən, indi mənimlə bu qədər "maraqlananlar", hər addımımı izləyənlər mən türmədə yatan zamanlar ortada qalmış 3 uşağımla, ailəmlə heç maraqlanmadılar. Həbsdə olduğum 17 ay ərzində partiyanın indi "önəmli liderləri" olanlar bir dəfə qapımı açmadılar, bir dəfə də uşaqlarımla, valideynlərimlə görüşmədilər, ilgilənmədilər. Bunca vəfasızlığı mən etməzdim, yenə də etməm. Ad çəkib, irad da bildirib, utandırmaq istəmədim, birilərini”.

(aşağıda oxu - İsa Qəmbərin yazdıqları)

21:18 22.7.2015

İsa Qəmbər: Rauf Arifoğlu İlham Əliyevlə barışdı

İsa Qəmbər Facebook-da suala cavabda yazıb: "Rauf Arifoğlunun İlham Əliyevdən mükafat alması (İlham Əliyevin Rauf Arifoğluna mükafat verməsi) bu iki şəxsin barışığı kimi qiymətləndirilə bilər. Şəxslərin barışına bir söz deyilməz, amma İlham Əliyevlə barışmaq rejimlə barışmaq deməkdir.

Və bu şəraitdə Rauf Arifoğlunun Müsavatdan çıxması məntiqli addımdır, çünki biz müsavatçılar hesab edirik ki, rejimlə barışmaq vətənimizin, xalqımızın sərvətlərinin oğurlanması ilə, insanlarımızın azadlıqlarının məhdudlaşdırılması ilə, ölkəmizdəki korrupsiya və rüşvətxorluqla, haqsızlıq və ədalətsizliklə, yüzlərlə siyasi məhbusun və girovun olması ilə barışmaq deməkdir.

Müsavatçılar üçün bu mümkün deyil"

Davamı

XS
SM
MD
LG