Keçid linkləri

2026, 16 Avqust, bazar, Bakı vaxtı 21:08

Ağdamın işğalından 22 il keçir- [fotolar]

Ağdam - erməni hərbi maşınları, 2012
Ağdam - erməni hərbi maşınları, 2012

-

1993-cü ilin iyulun 23-də Ermənistan silahlı qüvvələri Ağdam rayonunun əksər hissəsini zəbt ediblər. Ərazisinin 70 faizini itirən Ağdamın işğalı ilə rəsmilər Azərbaycan iqtisadiyyatının 3 milyard manat itirdiyini bildirirlər.

Ağdam şəhəri 80 kəndlə bir yerdə işğal altındadır. 130 minə yaxın ağdamlı indi məcburi köçkündür. Ağdam uğrunda döyüşlərdə Azərbaycan tərəfdən 6 mindən çox adam həlak olub.

Hazırda rayonunun inzibati mərkəzi Quzanlı kəndində yerləşir.

Ağdamın işğaldan əvvəl 88 min 395 hektar ərazisi, 1 şəhəri, 119 kənd və qəsəbəsi olub. 1993-cü ilədək rayonun 1736 hektar dövlət meşəsi, 710 hektar kolxoz meşəsi, 560 hektar yol, su və kanal kənarı, şəhərətrafı meşə sahələri var idi.

This item is part of
XS
SM
MD
LG