Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:38

Əsgər günvurmadan ölməyib


İman İmanov
İman İmanov

-

Müdafiə Nazirliyi əsgər İman İmanovun günvurmadan ölmədiyini bildirib.

Nazirlikdən Trend-ə bildiriblər ki, əsgərdə şiş olub: «Əslində isə tibbi ekspertizanın ilkin rəyinə əsasən, əsgər İ.İmanov 15 iyul 2015-ci il tarixdə baş beyin kötüyündə törəmə (şiş) olması səbəbindən huşunu itirib. Dərhal tibbi yardımın göstərilməsinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb».

Faktla əlaqədar hazırda müvafiq qaydada araşdırma aparılır.

Yerli mətbuatda əsgər İman İmanovun günvurmadan öldüyü yazılırdı.

XS
SM
MD
LG