Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 19:14

Azərbaycan əsgəri həlak olub


İman İmanov
İman İmanov

Azərbaycan ordusunun Naxçıvanda xidmət edən əsgəri İman İmanov iyulun 15-də həlak olub. Yerli mediada əsgərin günvurmadan həlak olması barədə xəbərlər var.

25 yaşlı mərhum əsgər İman İmanov Naxçıvan Türk Liseyinin məzunu olub. Ali təhsilini Türkiyədə İstanbul Texnik Universitetində alıb.

Naxçıvan Azərbaycanın tropik iqlimi ilə məşhur olan bölgələrindədir. Bu ərazilərdə xüsusilə yay aylarında kəskin istilər olur.

Ekologiya Nazirliyinin məlumatına görə iyulun 15-də Azərbaycanın bölgələrində havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olub. Amma həmin gün Naxçıvan ərazisində anormal iqlim şəraitinin olmasına dair məlumat yoxdur.

Kəskin istilərlə bağlı müdafiə nazirinin əmri ilə adətən orduda xüsusi rejim tətbiq edilir. Nazirin keçən ilin mayında imzaladığı əmrə görə belə havalarda şəxsi heyətin isti və günvurmadan qorunması üçün döyüş hazırlığı məşğələləri saat 11:00-dək və 17:00-dan sonra keçirilməli, hərbi qulluqçulara günorta saatlarında istirahət verilməlidir:

"Döyüş hazırlığı və gündəlik fəaliyyət tədbirləri planlaşdırılarkən hərbi qulluqçular günəş şüalarının birbaşa düşdüyü ərazidə olmamalı, əsasən kölgəlikdə, kazarma şəraitində yerləşdirilməli, açıq səma altında görülən xidməti işlərə cəlb olunmamalı, hərbi hissələrdə sərin su duşları və əlavə su təchizatı məntəqələri yaradılmalı, şəxsi heyət içməli su və fərdi su qabları ilə təmin edilməlidir."

Amma hələlik əsgər İman İmanovun günvurmadan həlak olub-olmaması, hərbi hissə rəhbərliyinin bu hadisədə məsuliyyəti barədə hər hansı məlumat yoxdur.

XS
SM
MD
LG