Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:43

Dünyanın ilk romanı


"Genji'nin hekayəsi" romanına illüstrasiya
"Genji'nin hekayəsi" romanına illüstrasiya

-

"Romanın böyük bir hissəsi Genji-nin məhəbbət hekayələrinə ayrılıb. Genji'nin həyatına girən hər bir qadın xüsusi olaraq nəsrə çəkilib"

"Bu əsəri qiymətli edən onun süjetinin təxəyyül məhsulu olması, müəllifin şəxsi həyatının bioqrafiyası olmamasıdır."

“Genji’nin hekayəsi”

Min il bundan əvvəl Heian Yaponiyasında haqqında əlimizə cüzi məlumat gəlib çatmış bir qadın “Genji'nin hekayəsi” (“Genji monogatari”) adlı roman yazır.

1010-cu ildə yazılmış bu roman yekdilliklə dünyanın ilk romanı hesab olunur. Bu, təkcə statistika deyil, roman bu günə qədər yapon ədəbiyyatının şah əsərlərindən biri kimi yad edilir.

Ədəbiyyat tarixçilləri bu qadının adının Murasaki Shikibu olduğunu müəyyən ediblər. Romanın qadın qəhrəmanlarından birinin də adı Murasaki-dir.

Dünyanın ilk romanını yazmış bu qadın yüksək nüfuzlu Fujiwara ailəsində doğulmuşdu, yaxşı təhsil almışdı. Özündən yaşca böyük kişiyə ərə getmiş, iki ildən sonra əri ölmüşdü.

O zamanlar Çin dili Yapon sarayının dövlət dili olduğuna görə, yaponca yazılmış əsərlərə ciddi yanaşılmırdı. Əsasən kişilər təhsil ala və Çin dilini öyrənə bilirmiş.

Murasaki Shikbu o zamanlar sırf kişi işi sayılan bir işə baş vuraraq, Çin dilini öyrənmişdi.

Yaşadığı dövrdə də aparıcı ədəbi sima olmuş Murasakidən gündəliklər, şeir kolleksiyası, bir də sözügedən roman - “Genji'nin hekay'si" qalıb.

Bu əsəri qiymətli edən onun süjetinin təxəyyül məhsulu olması, müəllifin şəxsi həyatının bioqrafiyası olmamasıdır. Roman həcmi böyükdür. 54 fəsildən ibarətdir.

Bu romandan o dövr insanlarının əyləncə formaları, aristokratiyanın mədəniyyəti, insanların geyim-keçimi, əxlaq dəyərləri, gündəlik həyatı haqda məlumatlar əldə etmək olur.

Romanın qəhrəmanı olan Genji yaraşıqlı, həssas, istedadlı məhkəmə işçisi, gözəl sevgili, sadiq dostdur.

Romanın böyük bir hissəsi Genji-nin məhəbbət hekayələrinə ayrılıb. Genji'nin həyatına girən hər bir qadın xüsusi olaraq nəsrə çəkilib.

Romanda o zamankı yapon həyatına olduğu qədər, insan duyğularına və təbiət gözəlliklərinə də yer ayırıb.

Hekayənin sonlarıma doğru nəqletmə tonuna kədər gəlir. Bu da Buddizmin “bu dünyanın keçici olduğu” inancını ifadə edir.

İngilisdilli dünyada bu romana maraq o qədər güclüdür ki, onu dəfələrlə tərcümə ediblər.

İlk dəfə bu romanı xarici dilə - ingilis dilinə tanınmış Britaniya çinşünası Arthur Waley çeviriib. Tərcüməni 1933-cü ildə tamamlayıb. Amma onun tərcüməsi "sərbəst" olduğuna görə, yetərli hesab olunmayıb.

1976-cı ildə Edward Seidensticker romanı bir daha tərcümə edib, bu tərcümə romanın orijinalının məzmununa və səs tonuna daha uyğun sayılıb.

Amerikan alimi Royall Tyler bu tərcüməni də yetərsiz sayaraq, onu yenidən tərcümə edib. Tyler-in versiyası 2001-ci ildə “Genji'nin hekayəsi” romanının yazılmasından min il sonra nəşr olunub.

Bu yaxınlarda isə roman yenidən, ABŞ universitetlərinin tanınmış yaponşünası Dennis Washburn tərəfindən tərcümə olunub.

Yuxarıdakı məlumatlar "Britannica Ensiklopediyası" əsasında hazırlanıb.

Amma bu roman ensiklopediyaların bir küncündə mürgüləmir, dünya mətbuatında onun adına tez-yez rast gəlmək olur.

Məsələn, bu günlərdə "New Yorker" jurnalı "Genji'nin hekayəsi" romanı haqqında geniş məqalə dərc edib, məqalədə dünyanın ilk romanının fonunda onun müəllifinin yüksək ədəbi dühası təhlil olunur.

Oxu zalı

XS
SM
MD
LG