Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Mart, şənbə, Bakı vaxtı 03:30

BRİCS ölkələrinin sammiti başlayır


Foto arxiv

Ufada BRİCS ölkələri liderlərinin sammiti başlayır.

Rusiya prezidenti Vladimir Putin sammit çərçivəsində təşkilata üzv olan ölkələrin liderləri ilə ayrıca görüşlər keçirib.

Bu Təşkilata Braziliya,Rusiya, Hindistan, Çin və Cənubi Afrika daxildir.

Sammit zamanı Ukraynanın şərqindəki münaqişə,Yunanıstandakı iqtisadi böhran, İslam Dövləti qrupundan gələn təhlükə və digər beynəlxalq məsələlər müzakirə olunacaq.

Moskva Qərbin sanksiyalarından sonra BRİCS ölkələri ilə əlaqələri daha da dərinləşdirib.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov iyulun 9-da bildirib ki, BRİCS ölkələrindən heç biri Krımın ilhaqına qarşı çıxmayıb.

XS
SM
MD
LG