Keçid linkləri

Təcili xəbərlər
2021, 11 May, çərşənbə axşamı, Bakı vaxtı 22:07

Azərbaycan şirkəti "Latsio" ilə danışıq aparır


Foto arxiv

Azərbaycan şirkətinin İtaliyanın "Latsio" klubuna sponsorluq edə biləcəyi haqda xəbərlər rəsmən təsdiqlənib.

Qol.Az-ın məlumatına görə, Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov yerli "Corierre dello Sport" nəşrinə Azərbaycanın bir özəl şirkətinin Roma klubu ilə danışıqlar apardığını bildirib.

O deyib ki, həqiqətən də Azərbaycan şirkətlərindən biri "Latsio" ilə danışıqlar aparır.

Amma səfir əlavə detallar barədə məlumat verməyib.

Qeyd edək ki, hələ 3 ay bundan əvvəl Azərbaycan şirkətinin İtaliya klubuna sponsorluq edəcəyi barədə məlumatlar yayılmışdı.

XS
SM
MD
LG