Yerevanda etiraz aksiyası - 3-cü gün
Yerevanda 3-cü gündür ki, işığın bahalanması qəraraının ləğvi tələbi ilə aksiya keçirilir. Baş nazir Ovik Abramian prezident Serj Sarkisianla müşavirədən sonra deyib ki, bahalanma 105 min ailəyə təsir edəcək, onlara əlavə illik sosial yardım veriləcək.Ancaq baş nazir işığın bahalanması qərarını dəstəkləyib.
Beynəlxalq Banka kim rəhbər ola bilər: "Şok adlar"
Yeni Müsavat: "Emil Mustafayev çox gəncdir və ona Beynəlxalq Bankın rəhbərliyinin tapşırılması az ehtimal olunur. O, bankın İdarə Heyətinə cəmi iki il əvvəl gətirilib. Beynəlxalq Banka rəhbərlik uğrunda mübarizədə indi daha çox üç baş direktorun-Fuad İslamov, Elmir Həbibullayev və Akif Əliyevin adı hallanır."
Fransada rus pulları donduruldu
Fransa hakimiyyəti Rusiyaya məxsus milyonlarla avroluq bank hesablarını dondurub. Səbəb Rusiyada həbsxanada dünyasını dəyişmiş vəkil Sergei Magnitsky-nin işilə bağlı aparılan təhqiqatdır.
"İslam dinarı" kəsilməyə başladı
İslam Dövləti təşkilatı öz valyutası olan islam dinarını kəsməyə başladı. Bunu yazan Telegraph qəzeti bildirir ki, dinar bu yaxınlarda dövriyyəyə buraxılacaq. 1 qızıl dinar 139 ABŞ dolları olacaq.