Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 07:02

Fransa Rusiyanın milyonlarına əl qoydu


Sergei Magnitsky-nin fotosu olan döş nişanları
Sergei Magnitsky-nin fotosu olan döş nişanları

Fransa hakimiyyəti Rusiyaya məxsus milyonlarla avroluq bank hesablarını dondurub. Səbəb Rusiyada həbsxanada dünyasını dəyişmiş vəkil Sergei Magnitsky-nin üzə çıxardığı fırıldaq işilə bağlı aparılan təhqiqatdır

-

Fransa hakimiyyəti Rusiyaya məxsus milyonlarla avroluq bank hesablarını dondurub. Səbəb Rusiyada həbsxanada dünyasını dəyişmiş vəkil Sergei Magnitsky-nin üzə çıxardığı fırıldaq işilə bağlı aparılan təhqiqatdır.

Fransa müstəntiqləri Rusiyadan nağd pulun çıxarılıb yuyulmasını araşdırır.

Təhqiqat ötən il başlanıb. Magnitsky-nin vaxtilə işlədiyi qurum - Hermitage Capital iddia qaldırıb. Rusiyada işləyən İnvestisiya Fondu pulların bir hissəsinin Fransa və Luksemburq vasitəsilə yuyulmasına dair sübut təqdim edib.

Magnitsky ümumilikdə 230 milyon dollarlıq fırıldaq mexanizmini üzə çıxarıb. Sonradan o, həbsxanada müəmmalı şəkildə dünyasını dəyişib.

Magnitsky-nin keçmiş bossu, Hermitage fondunun rəhbəri, 2005-ci ildə Rusiyadan qaçmış Bill Browder Fransa müstəntiqlərinə ifadə verib.

Çikaqoda anadan olmuş, Amerika Kommunist Partiyasının keçmiş lideri Browder deyib ki, Rusiya hakimiyyəti onun şirkətində reyd keçirəndən sonra o, Hermitage-dan Moldovanın bir neçə bankına yönəldilən, mənimsənilən pulun izinə düşüb. Həmin pullar Britaniyanın Vircin adaları və Fransa da daxil olmaqla, Avropa üzərindən keçib.

Browder 2012-ci ildə ABŞ konqresmenlərini bu işə bağlı Rusiya rəsmilərinə sanksiya qoymasına nail olub. Onların ABŞ-a çıxışı qadağan olunub, bank hesabları dondurulub.

O, daha sonra digər ölkələri də bu sanksiyalara qoşulmaq üçün dilə tutub.

Yuxarıdakı sxemi üzə çıxaran Magnitsky Hermitage-a məxsus şirkətlərin güclə ələ keçirilməsinə dair şikayət qaldırandan sonra həbs olunub. O, 2009-cu ildə 37 yaşında həbsxanada ölüb. İnsan haqları qrupları onun döyüldüyünü, tibbi yardımsız qaldığını bildirir.

XS
SM
MD
LG