Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:40

Beynəlxalq Banka rəhbərlik uğrunda şok isimlər


Azərbaycan Beynəlxalq Bankı
Azərbaycan Beynəlxalq Bankı

-

"Beynəlxalq Bankın rəhbərliyi uğrunda indi ciddi mübarizə gedir"

«Yeni Müsavat» qəzeti «Beynəlxalq Banka rəhbərlik uğrunda şok isimlər» başlıqlı məqaləsində yazır ki, «Banklar haqqında» Qanunun tələblərinə əsasən, İdarə Heyəti sədrinin vəzifəyə təyin və azad olunması məsələləri səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aiddir.

Amma artıq 3 aydır ki, bu toplantının keçirilməsi yubanır. İdarə Heyətinin sədri vəzifəsini isə müvəqqəti Emil Mustafayev icra edir.

«Redaksiyamıza verilən məlumata görə, Beynəlxalq Bankın rəhbərliyi uğrunda indi ciddi mübarizə gedir. Emil Mustafayev çox gəncdir və ona Beynəlxalq Bankın rəhbərliyinin tapşırılması az ehtimal olunur. O, bankın İdarə Heyətinə cəmi iki il əvvəl gətirilib. Beynəlxalq Banka rəhbərlik uğrunda mübarizədə indi daha çox üç baş direktorun-Fuad İslamov, Elmir Həbibullayev və Akif Əliyevin adı hallanır. Redaksiyamıza məlumat verən mənbə deyib ki, F.İslamov uzun illərdir Beynəlxalq Bankda çalışır»,- «Yeni Müsavat» yazır.

«BEYNƏLXALQ BANKLA BAĞLI BAŞ VERƏNLƏRİN PƏRDƏ ARXASI”

Beynəlxalq Bankın Birləşmiş Ərəb Əmirliklərindəki nümayəndəliyinin rəhbəri Adil Hüseynovun səhhətində ciddi problemlər yaranıb.

Bu barədə «Azadlıq» qəzetinə onun yaxınları bildirib.

Dubay
Dubay

Adil Hüseynov mayın 13-də həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Adil Hüseynov 319 milyon manat vəsaiti mənimsəməkdə ittiham olunur. Barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilən Adil Hüseynov Kürdəxanı təcridxanasında saxlanılır.

«Bu arada redaksiyamıza daxil olan məlumatlarda deyilir ki, Adil Hüseynovun Fuceyrə əmirliyində tikintisinə nəzarət etdiyi poladtökmə zavodu sıradan çıxmaq üzrədir. Adil Hüseynovun mənimsədiyi iddia edilən 319 milyon da məhz həmin müəssisənin və tekstil fabrikinin inşasına sərf olunub. Tekstil fabriki artıq fəaliyyət göstərsə də, poladtökmə zavodunun inşası başa çatmayıb. Zavod işə salınmasa, hətta onun hərraca çıxarılması təhlükəsi yarana bilər. Burada isə itirən təbii ki, Azərbaycan dövləti olacaq».

«42 FAİZLƏ KREDİT FERMERƏ DƏSTƏKDİR, YOXSA DƏYƏNƏK?»

«Bizim yol» qəzeti də bank sektoruna toxunub, amma başqa prizmadan. Qəzet «42 faizlə kredit fermerə dəstəkdir, yoxsa dəyənək?» adlı məqaləsində yazır ki, bank olmayan kredit təşkilatlarının (BOKT) iqtisadiyyata kredit qoyuluşu artıb, ancaq faiz dərəcələri kreditorlara mənfəətdən çox ziyan verir:

Foto illüstrasiya
Foto illüstrasiya

«Kommersiya bankları 20-24 faiz arasında kredit verirdilərsə, BOKT-lar 30 faizdən aşağı pul təklif etmir. Hətta 40-45 faizə qədər yüksələn aqrar kreditlər də mövcuddur. Bank ekspertləri bunu risklərlə və maliyyə çatışmazlığı ilə əlaqələndirirlər. Çünki BOKT-lar əsasən sosial sektora, o cümlədən, kənd təsərrüfatı sahəsinə yatırımlar edir. Həmin sektorlarda risklər çox yüksəkdir. Ekspertlərin fikrincə, faiz dərəcələrinin aşağı düşməsi üçün fermerlərin zərəri sığortalaya bilməsinə dövlət zəmanəti olmalıdır…

Məsələn, çayçılıqda verilən kreditin qaytarılmasına ən az 8 il, bağçılıqda 4 il, heyvandarlıqda 3-4 il müddət lazımdır. Hətta bir illik bitkilərdən qazanmaq üçün də bir neçə il vaxt verilməlidir».

«REYTİNQ ƏVƏZİNƏ ETİK QAYDALAR QALİB GƏLSİN»

«Bəzi media sahibləri auditorıya, layk arxasınca qaçaraq, çox zaman məlumatların çatdırılmasında etik normalara riayət olunmasını nəzərə almırlar».

yap.org.az yazır ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva qurumun yay sessiyasında «Media məsuliyyəti və müasir media mühitində etika» mövzusunda çıxış edərəkdən söyləyib.

«Müxtəlif ölkələrdə baş verən dəhşətli hadisələrin və onların qurbanlarının dəqiqliklə nümayiş edilməsi insanlara, eləcə də ən həssas təbəqəyə, uşaqlara mənfi təsir göstərə bilər. Etiraf etməliyik ki, mediada təqdim olunan bu cür materiallara nəzarət çox zəifdir», - S.Fətəliyeva bildirib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG