-
"Sıfır nöqtəsində qadın"
Tanınmış Misirli yazıçı Nəval əl Səədavinin (1931) məşhur "Sıfır nöqtəsində qadın" romanı Azərbaycan dilində nəşr olunub.
Kitab yazıçı, araşdırmaçı Güntay Gəncalpın seçimi və tərcüməsilə "Alatoran Yayınları"nda işıq üzü görüb.
Qadın problemləri mövzusunda yazılmış bu romanın Azərbaycan nəşrinin tanıtım bölməsində yazılıb:
"Kitabda Misir nümunə göstərilərək, geri qalmış ölkələrdə qadınların çətin həyatı ilə ilgili bilgi verilməkdədir. Qızların kənddən tutmuş şəhərə qədər həyatları üzərində mövcud olan kabus təsvir edilmiş.
Qızları fahişəliyə zorlayan kişimərkəzli kültür və sosial münasibətlərin özəllikləri açıqlanmış, müsəlman ölkələrində qadın olmanın necə bir bədbəxtlik olduğu anladılmışdır."
Oxu zalı