Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Noyabr, çərşənbə, Bakı vaxtı 12:20

Tarixin pərdəarxası - Güntay Gəncalpdan yeni kitab


-

Finlandiyada yaşayan araşdırmaçı yazar Güntay Gəncalpın Bakıda yeni kitabı çap olunub.

"Alatoran yayınları"nda işıq üzü görən "Tarixin pərdə arxası" kitabında yazar İslam sonrası Orta Doğu tarixini fərqli bucaqdan baxaraq incələməyə çalışıb.

Kitabda ikinci xəlifə Ömər tərəfindən devrilən Sasani imperatorluğu qalıqlarının məzhəb yaratma fəaliyyətləri haqda geniş bilgi verilmiş, Sasani kimliyi məhvərli məzhəb yaratma çalışmaları haqqında ətraflı məlumat yer almışdır.

Yazar öz araşdırmasında "yüzillər boyunca saxta mənəbələrə əsaslanaraq yazılmış tarixi əsərləri sorğulayir".

Onun fikrincə, Azərbaycanın da yerləşdiyi regionun tarixində sorğulanmalı tarixi bilgilər yetərincədir.

Kitabda müxtəlif dönəmlərdə tarixin hərəkətverici qüvvəsi olan ideologiyalar incələnib.

Güntay Gəncalpın fərqli bucaqdan yazdığı "Səfəvilər" kitabı Azərbaycanda müzakirələrə səbəb olmuş, hətta Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də öz məqaləsində onunla polemikaya girmişdi.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG