Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Yanvar, bazar, Bakı vaxtı 05:15

Londanda İlham Əliyevin ailəsinə məxsus imarət- [fotolar]

Mütəşəkkil Cinayətlərin və Korrupsiyanın Araşdırılması layihəsi-­ OCCRP –nin “Xədicə” layihəsi çərçivəsində növbəti, 3-cü araşdırması dərc olunub.

Araşdırma Böyük Britaniyanın paytaxtı Londonun şimalında, Hampstead Lane adlanan ərazidə, olduqca bahalı məhəllədəki qiyməti 25 milyon dollardan artıq olması güman edilən imarətin Azərbaycan prezidenti İlham Əliyevin ailəsinə məxsus olduğunu sübut edən sənədləri üzə çıxardığını iddia edir.

Əliyevin qonşularından biri Arsenal futbol klubunun sahiblərindən biri Alisher Usmanovdur: Bir tin aşağıda yerləşən imarət 2008-ci ildə Usmanova 76 milyon dollara satılıb. Araşdırmanın tam mətni ilə saytımızda bir azdan tanış ola bilərsiz. “Xədicə” layihəsi həbsdə olan jurnalist Xədicə İsmayılovanın yarımçıq qalmış araşdırmalarını davam etdirmək məqsədilə təsis olunub: dünyanın hər yerindən onlarla jurnalist bu layihədə çalışır.

Mütəşəkkil Cinayətlərin və Korrupsiyanın Araşdırılması təşkilatının yayımladığı fotoları təqdim edirik:

Davamı

Bölmələr

XS
SM
MD
LG