743 min azərbaycanlı 1,1 milyard dollar
Rusiyada 743 min azərbaycanlı 2014-cü ildə Azərbaycana 1,1 milyard dollar pul göndərib. Bunu Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun hesabatı bildirir. Özbəklər vətənlərinə 5,6 milyard, ukraynalılar – 3,9 milyard, taciklər - 2,9 milyard, ermənistanlılar – 1,38 milyard və gürcüstanlılar -1,22 milyard dollar gəlir.
Bakı Lady Gaga-ya bir mahnıya 2 milyon verib
Lady Gaga Bakıda Avropa Oyunlarının açılışında oxumağa 2 milyon dollar qonorar alıb.Xəbəri au.eurosport.com saytı yayıb.
Azərbaycan yığmasının güləşçisi Mariya Stadnik Oyunların çempionu oldu
Stadnik deyir ki, "Azәrbaycan himnini sәslәndirdiyim üçün şadam. Himni dә oxumağa çalışdım. Bir az bilirәm. Eşitdikcә daha da çox öyrәnәcәm"
Müxalifət hakimiyyətin tənqidinə moratorium qoydu
Tbilisidə daşqında 13 adam öləndən sonra hakimiyyət matəm elan edib. Müxalifət isə hakimiyyətin tənqidinə moratorium qoyub.