Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:16

Lady Gaga-ya 2 milyon dollar ödənib


Lady Gaga Avropa Oyunlarının açılış mərasimində
Lady Gaga Avropa Oyunlarının açılış mərasimində

Amerikalı pop ulduz Lady Gaga ötən həftə Bakıda Avropa Oyunlarının açılışında oxumaq üçün 2 milyon dollar – 1.3 milyon funt-sterlinq qonorar alıb

-

Amerikalı pop ulduz Lady Gaga ötən həftə Bakıda Avropa Oyunlarının açılışında oxumaq üçün 2 milyon dollar – 1.3 milyon funt-sterlinq qonorar alıb.

Xəbəri au.eurosport.com saytı yayıb.

Sayt yazır ki, Şərqi Avropanın ən zəngin paytaxtlarından olan Bakı neft pulları sayəsində müğənninin açılış mərasimində oxumasına nail olub. Ağız sulandıran bu məbləğ 10 dəqiqəlik bir çıxış üçün ödənilib. Müəllif xatırladır ki, Paul McCartney London 2012 Olimpiadasının açılış mərasimində simvolik məbləğ - 1 funt sterlinq almışdı.

Buna dəyərdimi? Inside The Games saytlndan Liam Morgan deyir ki, “hə, Gaga-nın bu tədbirdə ifasının əsl tapıntı olduğunu düşünməmək mümkün deyildi”.

Xəbərdə o da vurğulanır ki, Gaga-nın çıxışını sürpriz kimi saxlamaq üçün onu Azərbaycanda bir oteldə gizlədilməsi barədə məlumat var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG