Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:30

AzadllıqLive - Fətva:"Avropa Oyunları iştirakçısı oruc tutmaya bilər"

AzadliqLive-da iyunun 17-də bu və digər mövzuları müzakirə edirik

13:42 15.6.2015

Qurban Məmmədov:"Mənim kimi insanlar üçün həbsxana istirahət yeridir"

Milli Şuranın üzvü Qurban Məmmədov:"Mənim kimi insanlar üçün əslində həbsxana istirahət yeridir. Mən azadlığa çıxandan sonra, elə ondan əvvəl də öz şəxsi həyatımı yaşamamışam. Hansı vətəndaşın problemi, hansı qohum-qardaşın dərdi olubsa, gəlib tutub yaxamdan, mən də o işləri görmüşəm"

13:52 15.6.2015

Azərbaycanda Qurtuluş Günüdür

22 il əvvəl, iyunun 15-də Heydər Əliyev Azərbaycan Milli Məclisinin sədri seçilib. 1997-ci ildən etibarən iyunun 15-i Qurtuluş bayramı kimi qeyd edilməyə başlayıb

13:57 15.6.2015

Qız Qalası festivalı

Fransadan olan rəssam Amalya Ramanan Qız Qalası maketində işləyir. O, öz Qız Qalasında qara rəngdən daha çox istifadə edir. Rəssam deyir ki, qara rəng neftin, bu şəhərin rəmzi olduğu üçün bundan istifadə edir:“Bakıda olmaq çox maraqlıdır". Bu il də müxtəlif ölkələrdən 30-a yaxın rəssam rənglərini, fırçalarını götürüb Qız Qalasının qarşısındakı meydana yığışıb, rəssamların Qız Qalası festivalına.

14:12 15.6.2015

Bono siyasi məhbusları sadalayır

Məşhur “U2” rok qrupunun solisti Bono Monrealdakı konsertində Azərbaycanda siyasi məhbusların adını sadalayıb

Davamı

XS
SM
MD
LG