Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:34

Orxan Pamuk Azərbaycan dilində


Orxan Pamuk Azərbaycanda çıxan kitablarına görə qonorar istəmədiyini bildirib
Orxan Pamuk Azərbaycanda çıxan kitablarına görə qonorar istəmədiyini bildirib

Türk yazıçısı, Nobel mükafatı laureatı Orxan Pamukun «Qar» romanı Azərbaycan dilinə tərcümə olunub. Noyabrın 10-da kitabının təqdimatı oldu. Kitab «Dünya ədəbiyyatı» jurnalının əlavəsi olan qısa adı «DƏB» - «Dünya ədəbiyyatından books» seriyasındandır.


«Qar»dakı hadisələr ötən əsrin 90-cı illərində, Türkiyənin şərqində, Qars şəhərində baş verir. Roman Almaniyada sürgün həyatı yaşayan şair K-nın Qarsa gəlişi, yaşadığı eşq, bu şəhərdəki rastlaşdığı qarışıq ictimai-siyasi hadisələr haqqındadır. Bu əsər Türkiyədə birmənalı qarşılanmasa da, 100 min tirajla çap olunub və başqa dillərə çevrilib. Tərcüməçi Azərbaycan Dövlət Televiziyasının əməkdaşı Yunis Orucov isə «Qar» romanını türkcədən Azərbaycan dilinə tərcümə etmədiyini, sadəcə, bu dilə uyğunlaşdırdığını deyir: «Bu əsər təkcə Qars şəhərində yox, bütünlükdə Türkiyədə baş verənləri göstərir. Türkiyə bizim seriallarda, televiziyadan gördüyümüz, yalnız Avropa Birliyinə can atan ölkə deyil. O qapalı bir toplumdur. Bu Şərq toplumudur. «Qar»da bu qapalı toplumda baş verənlər yer alıb».


Kitabın naşirləri müəllif Orxan Pamukun bu kitab üçün qonorar tələb etmədiyini deyirlər. «DƏB»in baş redaktoru Səlim Babullaoğlunun sözlərinə görə, yazıçı 2004-cü ildə Azərbaycanda olarkən bütün əsərlərinin çap olunmasına icazə verib və buna görə qonorar istəmədiyini bildirib.


Bu üzdən yaxın gələcəkdə Orxan Pamukun sonuncu əsəri, Türkiyədə böyük səs-küy yaratmış «İstanbul: xatirələr və şəhər» adlı avtobioqrafik romanının Bakıda nəşri də mümkündür. Yazıçı bu əsərinə görə, yəni «şəhərinin melanxolik ruhunu təsvir edərkən mədəniyyətlərin toqquşması və bir-biriylə bağlanma əlaqəsini göstərdiyinə» görə Nobel mükafatı almışdı. Əslində, Orxan Pamukun yalnız son əsəri yox, demək olar ki, bütün əsərləri Şərq-Qərb sivilizasiyalarının qarşıdurması haqqındadır.


O, «Mənim adım qırmızı», «Qara kitab», «Gizli üz» kimi Avropada böyük tirajla çap olunmuş romanların müəllifdir. Yazıçı Fransa və İtaliyanın «ən yaxşı əcnəbi əsər» və Dublin mükafatlarını alıb. Nobel mükafatına isə 2006-cı ildə layiq görülüb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG