Köpəyini tapana öz evini vəd edir
Daily Mirror qəzeti yazır ki, Pekin sakini, 70 yaşlı Lu adlı qadın itmiş köpəyini tapana mükafat kimi öz evini vəd edir. Bu evin qiyməti 650 min dollardır.
Qadın ətraf yerlərə bu elanı yapışdırandan sonra sonra qadına saysız-hesabsız telefon zəngləri gəlir, hətta bəziləri başqa köpəkləri onun köpəyi kimi qələmə verməyə çalışır. Qadının qohumları deyirlər ki, artıq”boğaza yığılıblar” və axtarışdan imtina etmək qəraraına gəliblər.
Putin Rusiya televiziyalarının Bakı oyunlarını göstərmək istəməməsindən narazılıq edir
Vladimir Putin iyunun 12-28-i Bakıda keçiriləcək birinci Avropa Oyunlarını işıqlandırmaqdan imtina edən Rusiyanın idman telekanallarını tənqid edib.Lenta.ru xəbər verir ki, Dövlət başçısı cari büdcənin durumu ilə bağlı məhdudiyyətləri anladığını, lakin Bakı 2015-in önəmli hadisə olduğunu vurğulayıb: “Bu necə baş verə bilər? İndi Olimpiya Komitəsinin prezidenti Aleksandr Zukov mənə yazılı şəkildə bildirdi ki, Bakıda keçiriləcək birinci Avropa Oyunlarını kütləvi informasiya vasitələrindən, kanallardan heç biri işıqlandırmaq istəməyib. Başa düşürəm. Hazırki büdcənin durumu ilə bağlı məhdudiyyətlər var. Lakin önəmli durumlar var, bu, dünya idmanında, tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarıdır”.
BMT-nin xüsusi məruzəçisi Azərbaycana müraciət edir
BMT-nin hüquq müdafiəçilərinin vəziyyətinə dair məsələ üzrə xüsusi məruzəçisi Michael Forst “Azərbaycanda tanınmış hüquq müdafiəçilərinə qarşı amansız təqiblər və repressiyaları” tənqid edib və 12 iyuna – Avropa Oyunları başlayana qədər onların dərhal azadlığa buraxılmasına çağırıb.Bu barədə BMT-nin saytında məlumat verilib.“Bütün bu hərəkətlər uydurma və ya dövlətə xəyanət, vergidən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə kimi siyasi motivli ittihamlarla həyata keçirilir”, - Forst vurğulayıb.“Nəticədə azərbaycanlı hüquq müdafiəçilərinin əksəriyyəti məhkəməyə qədər uzunmüddətli həbsə məruz qalıb, azadlıqdan məhrum edilib”.Onlar korrupsiyanı, insan hüquqlarının pozulmasını və seçkilərin saxtalaşdırılmasını ifşa etdiklərinə görə “günahkardırlar”. Forst (Fransa) 2014-cü ilin iyununda BMT-nin insan hüquqları üzrə xüsusi məruzəçisi təyin edilib.
İngilislər deyirlər ki, Blatter qorxudan istefa verib
Blatterin istefası saatlarında belə bir xəbər də yayılıb ki, indi FTB-nin cinayət təhqiqatına Sepp Blatterin də adı daxil edilib. İngiltərə Futbol Assosiasiyasının rəhbəri elə belə də deyib. Blatter yaxınlaşmaqda olan cinayət işindən xoflanaraq kürsüsündən əl çəkib.Odur ki, çərşənbə axşamı elan edilmiş istefa bu uzun hekayətin sonu olmaya da bilər.Əslində Blatter istefasını da özünəməxsus şəkildə elan edib. O deyib ki, öz postunda azı altı ay qalacaq ki, 2015-ci ilin dekabrı ilə 2016-cı ilin martı arasında xələfinin seçilməsi üçün normal seçkini hazırlaya bilsin.Qərb Mediası AzadlıqLive-da