"Ermәnistan tәrәfi Dağlıq Qarabağ münaqişәsinin hәlli ilә bağlı ciddi addımlar atmaq iqtidarında deyil vә bunu etmir".
APA-nın məlumatına görə, bunu Azәrbaycan Prezident Administrasiyası rәhbәrinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Mәmmәdov Riqada Azərbaycandan olan jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azәrbaycan tәrәfi bununla bağlı hәmişә öz mövqeyini bildirib və biz münaqişənin həlli ilə bağlı Minsk qrupunun hәmsәdrlәrini həmişə daha fәal olmağa çağırırıq, onlar isə hansısa addımlar atırlar.